Best in the World!
Dadlı yemək reseptləri bloqu
Ricotta Pendirli (ve ya Kəsmikli) Qurabiyə

Əslində bu qurabiyələr Ricotta (rikotta oxunur) adlanan İtalyan pendirindən hazırlanır. Pendir deyəndə ki, bizim bildiyimiz bərk pendirlərdən deyil. Ricotta pendiri Azərbaycanda istifadə edilən kəsmiklə hardasa eynidir. Bəlkə kəsmikdən bir az suludur. Azərbaycandakı supermarketlərdə bu pendirdən ola bilər, əmin deyiləm. Əgər varsa, bu qurabiyələri ricotta pendiriylə hazırlayın. Yox əgər yoxdursa, problem deyil, elə kəsmik də çox yaxşı nəticə verər. Bu qurabiyələr yumuşaq və zərif olurlar. Həm də ətirli, çünki içində limon qabığı və hil də var. Məncə bəyənəcəksiniz. Nuş Olsun!

RİCOTTA PENDİRLİ ( VƏ YA KƏSMİKLİ) QURABİYƏ

22 qurabiyə üçün

Ərzaqlar

2   1/2 stəkan əla növ un
1 çay qaşığı qabartma tozu (yarım qaşıq çay sodası ilə əvəz edə bilərsiniz)
1 çay qaşığı duz
1/5  çay qaşığı hil (toz halında) – (hiliniz yoxdursa, əlavə etməsəniz də olar)
115 g duzsuz kərə yağı – otaq hərarətində yumuşaldılmış
2 stəkan şəkər tozu
2 yumurta – otaq hərarətində
425 g  ricotta pendiri və ya kəsmik
1 ədəd limonun suyu
1 ədəd limonun rəndələnmiş qabığı

1. Sobanı 190C-dək qızdırın.

2. Bir qabda unu, qabartma tozunu, duzu və hili qarışdırın.

3. İri bir qabda  kərə yağı və şəkər tozunu mikserlə ağaranadək, təxminən 3 dəqiqə ərzində çalın. Bir-bir yumurtaları əlavə edərək, çalmağa davam edin. Ricotta pendiri və ya kəsmiyi, limon suyunu və limon qabığını əlavə edib, mikserlə qarışanadək çalın. Unlu qarışığı bu qaba əlavə edib, bütün ərzaqlar qarışanadək bir az çalın.  Alınan kütlə “palcıq” kimi olacaq. Aşağıdakı şəkildə gördüyünüz kimi.

4.      2 ədəd soba listinin dibinə kalka kağızı sərin. Xəmirdən hər dəfə 2 xörək qaşığı qədər götürüb listə bir birindən 5 cm aralı  dairələr şəklində qoyun. Xəmiri yaymayın! Sadəcə olaraq hər qurabiyə üçün 2 qaşıq dolu xəmiri bir-birinin üstünə qoyun.

5. Qurabiyələri sobanın orta rəfində 15 dəqiqə ərzində, və yaxud kənarları bir az qızarana qədər bişirin. Hazır qurabiyələrin üstü ağ qalmalıdır. Listləri sobadan çıxardın. Qoyun qurabiyələr listdə 20 dəqiqə ərzində soyusun. Soyuduqdan sonra listdən çıxardıb, səthlərinə şəkır kirşanı (pudra) səpin.

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →