Best in the World!
Dadlı yemək reseptləri bloqu
Asan Paxlava və yaxud Soçi Piroqu

Novruz bayrami üçün paxlava bişirməyi planlayırsınızsa, və əsl Azərbaycan paxlavasını bişirmək sizin üçün zəhmətli və vaxtaparan gəlirsə, onda daha tez bişirilən və eyni dərəcədə ləzzətli  başqa paxlava növünü bişirin. Bu paxlavaya müxtəlif adlarla rast gələ bilərsiniz – Tənbəl Paxlava, Soçi Piroqu, Qozlu Piroq, Asan Paxlava.

Adı nə olursa olsun, bircə onu bilirəm ki, bu paxlava həddindən artıq ləzzətli olur. Biz ailəlikcə onu çox bəyənirik. Siz də bu Novruz bayramında ondan bişirib nuş eləyin. Görün necədir, xoşunuza gəlir?


TƏNBƏL PAXLAVA – SOÇİ PİROQU

25 paxlava üçün

Ərzaqlar

Xəmir üçün:
3 stəkan əla növ un (465 g)
250 g kiçik-kiçik doğranmış kərə yağı
1 stəkan (200 g ) xama
1 çay qaşığı soda
2 yumurta sarısı

İç üçün:
2 səkan şəkər tozu
2 yumurta ağı
2 ½ stəkan (300 g)
maşının iri dişindən keçirilmiş qoz ləpəsi (toz kimi olmasın, qoz bir az diri olmalıdır ki, yeyəndə  hiss olunsun)

Üstü üçün:
1 yumurta sarısı

Lazım olanlar: kənarları bir az hündür olan 20 x 30 cm ölçülərində düzbucaq soba listi.  Düzbucaq listiniz yoxdursa, yumru listlə əvəz edə bilərsiniz.

Qeyd: Əgər pəhriz məqsədiylə, paxlavanızın çox şirin olmasını istəmirsinizsə, onda içinə gedəcək şəkərin miqdarını azaldıb, yerinə eyni miqdarda qoz əlavə edin.

1. Əvvəlcə xəmiri hazırlayın. Böyük qabda unu və kərə yağını çəngəl və yaxud bıçaqla iri umac əldə edənə qədər döyün.


2. Xamaya soda əlavə edib qarışdırın. Bu qarışığı və yumurta sarısını unlu-yağlı qarışığa əlavə edin. Əlinizlə xəmir əldə edənə kimi qarışdırın. Xəmir yumuşaq və zərif olmalıdır.

3. Xəmiri 3 hissəyə  bölüb, kündələyin. Kündələri ayrı-ayrı sellofana büküb soyuducuda 1 saat ərzində saxlayın.


4. İçi hazırlayın. Bir qabda şəkər tozunu və yumurtanın ağını mikserlə ağarana kimi yaxşıca çalın. Doğranmış qozu əlavə edib, qaşıqla qarışdırın.


5. Soba listinin həm dibini, həm də kənarlarını azacıq yağlayın. Sobanı 180˚C-dək qızdırın.

6. Xəmiri soyuducudan çıxardın. Masanı bir az unlayın. Kündələrin birini oxlovla uzunluğu 30 cm, qalınlığı isə 3 mm olan düzbucaq şəklində açın.


7. Açdığınız xəmiri soba listinə yerləşdirin, və əlinizlə xəmirin qıraqlarını listin kənarlarına yapışdırın (paxlava sobadaykən, şirə bıraxdığına görə, xəmirin kənarlarını beləcə bərkidmək lazımdır)

8. Bu layın üstünə için yarısını yayın.


9. İkinci kündəni də eyni şəkildə açın və birinci layın üstünə qoyun. Üstünə qalan içi töküb yayın. 

10. Üçüncü kündəni açıb, ikinci layın üstünə qoyun. Üstünə yumurta sarısı sürtün. İti bıcaqla romb şəklində kəsin. Hər paxlavanın ortasına yarım qoz ləpəsi qoyun.

11. Sobada 35 dəqiqə, və yaxud üstü qızarana qədər bişirin. Soyuduqdan sonra, paxlavaları listdən çıxardın. Nuş Olsun!

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!


  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →