Best in the World!
Dadlı yemək reseptləri bloqu

Şəkərbura

Novruz yaxınlaşır, bayram xonçaları süfrələri yavaş-yavaş doldurmağa başlayır. Bir birindən dadlı şirniyyatlarımız bişirilir. Novruz bayramının ənənəvi şirniyyatlarından biri bu gün reseptini sizinlə paylaşacağım Şəkərburadır.  Siz də bişirin, süfrənizi bəzəyin. Nuş Olsun!

Şəkildə: MAQQAŞ – Şəkərburanın üstünü bəzəmək üçün istifadə olunan alət.

ŞƏKƏRBURA

36 ədəd şəkərbura alınır

Xəmir üçün:
1 kilo + 1 xörək qaşığı  (mərhələ 3 üçün) əla növ un
400 qram
kərə yağı
5  yumurta sarısı
250 qram xama
1/4 çay qaşığı duz
1/2 çay qaşığı  vanil tozu
1/2 çay qaşığı  quru maya (toz maya)
1 xörək qaşığı şəkər tozu
1/2 stəkan (125 m) ilıq süd

İçi üçün:
700 qram  fındıq ləpəsi, və ya badam (qoz ləpəsi də olar, amma qozlu iç bir az tünd rəngdə alınır)
700 qram şəkər tozu
zövqə görə hil
(mən təxminən 2 çay qaşığı qoyuram)

 

1. Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün  unu və kərə yağını geniş qaba qoyun və əlinizlə toz halına gələnə  kimi yaxşıca ovun.

2. Ayrı qabda yumurta sarısını, xamanı, duzu və vanil tozunu qaşıqla qarışdırın.

3.  Ayrı qabda toz mayanı, 1 x. q. unu, 1 x.q. şəkər tozunu qarışdırın. Üstünə 1/4 stəkan ilıq süd tökün. Qoyun kənarda təxminən 2 dəqiqə qalsın.

4.  Yumurta-xama qarışığını (#2) və mayaı qarışığını (#3) un-yağ (#1) qarışığa əlavə edin.

5. Əlinizlə ərzaqlar qarışanadək xəmir yoğurun. Bu mərhələdə xəmir bir qədər quru olacaq. Onu yumuşaltmaq üçün əlinizi təxminən 1/4 stəkan ilıq süd olan qabda islada-islada xəmiri yoğurmağa davam edin.

6. Xəmiri kündələyin və üstünü örtərək 30-40 dəqiqəlik kənara qoyun.

7.  İçi hazırlayın. Bunun üçün qovrulmuş və qabığı soyulmuş fındığı və ya qozu və yaxud qabığı soyulmuş badamı  sürtkəcli maşından keçirin və narın üyüdün. Üstünə toz şəkəri, və ətirli olması üçün hil əlavə edib qarışdırın.

Fındıq və ya qoz ləpəsini qovurub qabığını soymaq üçün: Fındığı və ya qozu tavaya qoyun və orta odda tez-tez qarışdıra-qarışdıra, qabığı soyulmağa başlayanadək qovurun (diqqətli olun, yandırmayın). Qovurulan fındığı və ya qozu çay dəsmalının bir tərəfinə  qoyub, dəsmalın o biri tətəfiylə fındığın  üstünə basaraq, ovun. Qabıqlar ayrılacaq. Bəzilərinin qabıqları tamamilə soyulmayacaq – nu normaldır.

Badamların qabığını soymaq üçün: Badamı qazana qoyub üstünə qaynar su tökün. Qoyun suda təxminən 2 dəqiqə qalsın (suda çox tutmayin, yoxsa badam yumuşaq olar). Badamı süzün və qurulayın. Barmaqlarınızla qabığı çıxana kimi ovun.

8. Dincəlmiş xəmiri hər biri 50 qram olmaq şərtilə 36 kündəyə bölün.

9.  Kündələrın qurumaması üçün, üstlərini örtün. Hər kündəni oxlovla diametri 10 cm olan kiçik dairələrə yayın.

10. Hər dairənin arasına 2 x.q. iç qoyun və dairəni yarım-ay şəklində bükün.

11.  Kənarlarını bərkidin.

12. Sonra isə vintvari şəkildə bükün.

13. Şəkərburaları üstünə kalka kağızı sərilmiş listə yığın.

14. Sonra isə şəkərburaların üstünü bir-bir maqqaşla bəzəyin.

15.  Şəkərburaları 180C dərəcəlik sobada təxminən 20 dəqiqə ərzində kənarları bir az qızarana kimi bişirin. Nuş Olsun!

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    DAVAMINI OXU
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    DAVAMINI OXU
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    DAVAMINI OXU
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    DAVAMINI OXU
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    DAVAMINI OXU
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    DAVAMINI OXU
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    DAVAMINI OXU
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    DAVAMINI OXU