

Içi ləziz karemelləşmiş süd yaxud dulce de leche ilə doldurulmuş qoz peçenyesini kim xoşlamır? Məncə hamı xoşlayır. Çünki o qədər qeyri-adi və ləzzətlidir ki, dadına doymaq olmur. Qoz formasında olmağı isə bu peçenyeni daha da iştahaçıcı edir. Bu peçenyeni hazırlamaq üçün sizə rusca “oreshnitsa” adlanan qəlib lazımdır. Onu məişət mağazalarında asanlıqla tapmaq olar (mən öz qəlibimi Bakıda alıb Amerikaya gətirmişəm).

Qoz peçenyesinin xəmirinin hazırlanmasının bir neçə qaydası var. Bu gün sizə təqdim edəcəyim qayda ən çox bəyəndiklərimdəndir. Bu reseptlə hazırlanan qoz qabıqları olduqca zərif olduğuna görə, peçenye ağızda əriyir. Bu ətraflı reseptdən istifadə etsəniz, sizin peçenyeler də elə alınacaq. Mən bu peçenyenin xəmirini Westgold kərə yağı ilə hazırladım və nəticə əla oldu. Buyurun, bu da resept. Bişirin və sevdiklərinizlə paylaşın. Nuş olsun!





























Son şərhlər