Best in the World!
Dadlı yemək reseptləri bloqu

Küftə-Bozbaş

Küftə-Bozbaş

Azerbaijani Meatball Soup (Kufte-Bozbash)

Bu günün resepti küftə-bozbaş olacaq – hamının daha çox küftə kimi tanıdığı xörək. Bu, Azərbaycan mətbəxinin əsas yeməklərindən biridir- sadə bulyonda kartof və noxudla birgə hazırlanan iri  küftələr.

Küftə sözü Fars dilində əzmək mənasında işlənən koftan sözündən əmələ gəlmişdir. Küftənin adı onun hazırlanma üsulunu özündə əks etdirir.  Küftələr irili-xırdalı, ətin digər ərzaqlarla qarışması üçün əzilməyi vasitəsilə hazırlanır.

Azerbaijani Meatball Soup (Kufte-Bozbash)

Küftənin farşında nə olar? Soğan, yumurta, duz-istiotla qarışdırılmış mal və ya qoyun əti ola bilər. Biz  çəkilmiş ətə qurudulmuş nanə, mərzə, ağ reyhan da əlavə edirik. Ətə quru göyərti qatmaq daha çox Naxçıvan bölgəsinə aiddir, buna əks olaraq bakılılar küftəyə heç bir göyərti qatmırlar. Şəxsən mənim quru göylü küftələrdən daha çox xoşum gəlir. Onlar daha ətirli, ləziz olurlar. Mənim Ordubadlı nənəm küftəni bu cür hazırlayırdı, anam da həmçinin. Mən də onların yolunu davam edirəm. Amma istəyə görə təzə göydən də istifadə edə bilərsiniz.

Həmçinin, küftənin içinə quru və ya mövsümə görə təzə alça də qatılır. Buna səbəb həm turş meyvənin həzm sisteminə müsbət təsiri, həm də ətə xoşməzə dad verməyidir.

Dried Mint

Bu qurudulmuş nanədir. Biz onu əzib ətə qatırıq (zövqə görə). 

Dried Summer Savory

Bu isə qurudulmuş mərzədir. Çox güclü ətri var. Onu da əlinizin altında varsa  küftəyə əlavə etməyi tövsiyyə edirəm, amma yenə də məcburi deyil. 

Azerbaijani Meatball Soup (Kufte-Bozbash)

Bu isə küftə küftə üçün hazırladığımız ət qarışığıdır.

Azerbaijani Meatball Soup (Kufte-Bozbash)

Küftələrin içinə  alça qurusu yerləşdiririk. 

Küftə-Bozbaş

4 pay üçün

Aşağıda göstərilən quru göylərdən istifadə edə bilərsiniz. Əlinizin altında varsa hamısını qatmaq olar, yoxdursa olanlarla kifayətlənin. Heç biri yoxdursa onda onlarsız da keçinmək olar. Təzə göy də vura bilərsiniz.

Ərzaqlar:
Yarım stəkan gecəni soyuq suda islağa qoyulmuş noxud
Üstünə səpmək üçün quru nanə (ətin içində quru nanə varsa, yeməyin üstünə səpmək mütləq deyil)

Küftənin Ərzaqları:

Yarım kilo mal və ya qoyun əti ya da onların qarışığı (mən 85% yağsız\15% yağlı orqanik mal ətindən istifadə edirəm)
1 orta ölçülü soğan -ət maşınından keçirilmiş
1 yumurta
1/3 stəkan yumru düyü
1 çay qaşığı xırdalanmış nanə qurusu (məcburi deyil, amma məsləhətdir)
1 çay qaşığı xırdalanmış quru mərzə (məcburi deyil, amma  məsləhətdir)
1 çay qaşığı xırdalanmış quru ağ reyhan (məcburi deyil, amma məsləhətdir)
1 çay qaşığı duz
1/4 çay qaşığı  istiot
4 kiçik  alça qurusu

Bulyonun Ərzaqları:
2 xörək qaşığı  ərinmiş yağ
1 xörək qaşığı tomat pastası
4 qabığı soyulmuş bütöv kartof
1/4 çay qaşığı sarıkök
Duz-istiot

Hazırlanma qaydası:

Islağa qoyulmuş noxudu yarım-bişənədək suda qaynadın ( daha sonra yenə de bişiriləcək).

Küftəni hazırlamaq üçün ətin bütün ərzaqlarını (alça qurusundan başqa) iri bir qabda əllərinizlə yaxşıca qarışdırın. Qarışıqdan 4 iri küftə düzəldin (daha çox nəfəri qonaq etmək istədiyiniz halda küftələri bir az balaca edə bilərsinizş Məsələn, 4 əvəzinə 8 küftə etmək olar). Hər küftənin ortasına bir ədəd alça qurusu yerləşdirin.

Bulyonu  hazırlayın. Orta ölçülü qazanda (kifayət qədər iri olmalıdır ki, küftələr bir birinə dəyməsin) yağı orta istilikdə qızdırın, daha sonra tamat pastasını əlavə edin və yarım dəqiqə qarışdırın. Sonra 7 stəkan su əlavə edib qaynara düşənədək gözləyin.

Istiliyi bir az azaldın (orta həddə qədər) və küftələri bir-bir bulyona salın. Qazanın üstünü açıq saxlayıb 10 dəqiqə küftələrə toxunmadan (küftələr dağılmasın deyə) bişirin. Bulyonun üzərində kəf əmələ gəlsə onu yığın.

Kartofu, sarıkökü və noxudu əlavə edin. Zövqə görə duz-istiot vurun. Qaynara düşəndən sonra istiliyi azaldın,  qazanın qapağını örtün və hardasa 40 dəqiqə bişirin.

Çömçə ilə  kasalara hərəsində bir küftə, bir kartof və bir qədər noxud və bulyon olmaqla tökün. İstəyə görə üzərinə nanə qurusu səpmək olar. Nuş Olsun!

Paylaşmaq gözəldir!

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →