
Fransız dilində mousse “köpük” deməkdir. Mus (mousse) şirniyyatına elə məhs köpüklü və yüngül olduğuna görə bu ad verilib. Bu mənim ən çox sevdiyim mus reseplərindən biridir. Nuş Olsun!

“Qara Məxmər” Şokoladlı Mus
Resept Lori Longbothamın “Luscious Chocolate Desserts” kitabından adaptə edilmişdir
Qeyd: Orijinal reseptdə bildirilir ki, bu mus üçün həm acı-şirin (bittersweet) həm yarı-şirin (semisweet) şokoladdan istifadə etmək olar. Acı-şirin şokoladdan istifadə edirsinizsə, onda reseptdə qeyd edilən şəkərin miqdarı musda gərəkən şirinliyi təmin edəcək. Yox əgər yarı-şirin şokoladdan istifadə edirsinizsə, onda şəkərin miqdarını bir az azaldın və yaxud ondan heç istifadə etməyin. Bu qalıb sizin musu necə şirin xoşladığınıza.
4 pay üçün
115 qram acı-şirin (bittersweet) və yaxud yarı-şirin (semisweet) plitka şokolad – doğrayın
dörtdə bir stəkan yağlı süd qaymağı (ruscası: slivki)
dörtdə bir stəkan şəkər tozu
4 ədəd iri yumurta – ağını sarısından ayırın
bir çimdik duz
Şokolad və qaymağı istiyə dayanıqlı bir kasaya qoyun. Balaca qazanda su qaynadın, və kasanı qazanın üstünə yerləşdirin. Kasa qaynayan suya dəyməməlidir! Kasadakı ərzaqları qarışdıra qarışdıra əridin. Şəkər tozunu əlavə edib, əriyənəqək qarışdırın. Kasanı kənara çəkin, və qarışığa bir-bir yumurta sarılarını əlavə edib, çırpma teliylə qarışdırın. Mikserlə deyil! Alınan qarışığı kənara qoyun.
Ayrı qaba yumurta ağlarını və bir çimdik duzu qoyub mikserlə ağlar köpüklənib bir qədər bərkiyənədək çırpın. Mikserin çırpma telini qaldırdığınızda, ağlar gərək tökülməsin.
İndi isə çırpma teli və ya rezin spatula vasitəsiylə kənara qoyduğunuz şokoladlı kütləni hissə-hissə çaldığınız yumurta ağlarına əlavə edib, yavaşca, yüngül hərəkətlə iki kütləni bir-birinə “yedirdin.”
Musu 4 stəkan və ya kiçik kasalara boşaldın. Üstlərini örtüb soyuducuda ən azı 4 saat, ən çoxu isə 2 gün saxlayıb süfrəyə verin.




















Salam.cox sagolun gozel reseptleriniz ucun.demey her defe burda verdiyiniz reseptleri bisirirem. musda bir seyi yazmamisiz..sekeri hansi merhelede qatiriq?yumurta aglarini calarken?
AYSEL: Şəkəri yaddan çıxartmışdıım. Çox sağ olun bildirdiyinizə görə. Əlavə etdim reseptə.
Oyyy…yumurtalar chiy qalir??? 🙂
~Nargiz
NARGIZ’: Yumurtalarin sarisi isti sokolada elave olundugunda, qarisdirila qarisdirila bir az bisirler. Ag ise bismir. Mus bele olur:)
Salam necesiniz? super gorunur insallah hazirlayacam sirniyyati dehset xoslayiram zehmet omasa bir gun de meyveli tort resepti qoyun da.tesekkurler!!!!!!
Fəridə xanım salam necəsiniz? Mənim sizdən bir ricam var . Bu ayın 14-ü sevimli qardaşımın ad günüdü. Əgər mümkünsə mənə Kudriyaj və ya Qrilyaj tortunun reseptini verəsiniz. Əgər heç biri sizdə yoxdursa onda maraqlı və dadlı bir başqa resept verin. Əvvəlcədən təşəkkür edirəm. Sevgi və hörmətlərimi göndərirəm !
salam feride xanim ilk defe bura daxil olanda heyatin burda odugunu basa dusdum. sag olun!
Salam Feride xanim sizden bir sey xais etmek isteyirem eger bilirsinizse snikers tortunun hazirlanma qaydasini qoyun xais edirem sag olun!
SALAM NƏRMİN XANİM.SİNİKERS TORTU QADİN NET.SAYİTİNDA VAR.İKİ CURƏ FORMADA.ORA BAXA BİLƏRSİNİZ.DƏQİQ VƏ ƏTRAFLİ YAZİLİB.
Pərvanə xanım salam. Bir sualım var. Snikers tortununu reseptinə baxmaq üçün Qadın net .saytında dəqiq hansı bölməyə giriş etmək lazımdır?
HİCRAN XANİM SALAM.SİNİKERS TORTUNA BAXMAQ UCUN “BİZİM MƏTBƏX” “TORTLAR ” BOLMƏSİNƏ BAXİN .ORADA 2 VARİANTDA SİNİKERS TORTU VAR.
Pərvanə xanım çox təşəkkür edirəm baxdım.
HICRAN: Kudrash tortu refiqem Gullunun saytinda var:
http://azerifood.com/ru/12/129.html
Yox Fəridə xanım Güllünün saytındakı adi gecə-gündüz tortunun bir az dəyişdirilmiş formasıdır. Mənə əsl kudriyaj tortunun resepti lazımdır. Yenə də çox sağ olun. Burdakı xanımlardan bilən varsa zəhmət olmazsa mənə resepti yazsınlar.
Salam Pervane xanim.Diqqetinize gore cox sag olun baxaram.Tesakkurler!
HICRAN: O saytdaki gece-gunduz deyil, kudrashdir. Men de ele bisirirem. Duzdur, iki tort bir birine cox oxsayir, odur ki qarisiq salmisiniz. Amma bu kudrashdir, bisire bilersiniz:)
sizin bir komentariyanizi oxudum lahic haqda yazmishdiniz amma coxdan 2008 de siz yemekler haqda yazirsiniz demishdiniz size komek elemek isterdim cunki men Lahicdanam size comeyim deyer ya yox isteseniz bu emailden elaqe saxliya bilersiniz ryok.16@mail.ru sag olun
Salam Feride xanim. Sizden Sezar salatının reseptini isteyirem.Evvelceden teshekkürler…..
SALAM FERIDE XANIM.RECEPTLERINIZE GORE COX SAG OLUN.BIZE YENI RECEPTLERIN OYRENMESINE KOMEK EDIRSINIZ.COX SAG OLUN.SUALIM BELEDIR.OLAR KI YUMURTA SARISI 4EDED YOX 2EDED OLSUN?
salam feride xanim saq olun hamsi cox kozeldir men yeni bilmediyimiz resepleri xais edirem uqurlar
FERIDE_M: resepti yazildigi kime etseniz daha yaxsi olar. 2 yumurta sarisi ona az gele biler.
Burada her shey superdir.Minnetdaram sizlere..
yumurta ciy qalir???? eeee……qalmasinda..:(
men sikaladi cox sevirem ozumde bilmirem niye???
wokolat cox xeyirlidi haaaaa insan orqanizmi ucun.cox sag olun deyerli reseptler ucun
Feride xanim,cox sag olun bele aydin reseptlerinize gore.Men sokoladi dehset cox sevirem sizde de sokoladli reseptler coxdu.Bes bu leziz seyleri yeyende adam kokelir axi bunun 1caresi yoxdu sizde?
salam Feride xanim . Oktyabr-in 2 -nde oglumun ad gunudur , sizden bir mohteshem tort reseptini xahish edirem. Evvelceden teshekkurumu bildirirem
salam Feride xanim.Buradaki reseptlere gore cox saq olun.Bisirirem<heqiqeten de masallah dadli cixir.Allah sizden razi olsun.Amma cox isterdim ki<usaq yemeklerine de diqqet ayirasiniz.Oqlumun insallah 2 yasi olacaq<mense seherler ona ne bisirim bilmirem.eyni seylerden tez bezir.cox usaq yemekleri de olsaydi<cox sevinerdim.Deyerlendirdinizse<Allah razi olsun!
Salam Feride Xanim. Men sizi de yemeklerinizi de cox sevdim. Cox sag olun. Heqiqeten cox ehtiyac var idi.Siz den qabaq Nastya adli bir xanimin blogundan istifade edirdim. Sizinkini gorende cox sevindim axi siz bizimkisiz, dogmasiz.Allah sizden razi olsun! Tesekkurler!!!
Feride xanim salam .Men sizden ”Aliviye ” salatinin reseptini oyrenmek isterdim onun reseptini mene vere bilersiz?
cox gozeldi her sey xais edirem turk boyreklerinin reseptlerinide yazin
LALƏ,”böyrək” adlı yemək yoxdur. “Börək”dir.
Cooox qewey idi
Hmm.Qizim beyendi,men o qederde yox
Cox tewekurler cox wey orgendim
Ellerinize saglig Feride xanim,coox lezzetli ve asan 1reseptdi,Allah sizden razi olsun
salam.Farida xanim.sizin bulkalari bisirmisam.manda yaxsi sirniyat va duxovka peraskilar,boraklari bisiriram,istasaz sizada yazaram,sakilli gondara bilmiram.Agar bilsaydim sakil ia gondarardim.halalik.
twkrler