Subscribe
Dadlı yemək reseptləri bloqu

Qaragül Piroqu (Tyortıy Piroq)

Yeni Əlavə – bu piroqun qaragül adlandığını da bilmirdim. Siz oxuculardan öyrəndim. Çox sağ olun. Yeni adı reseptin başlığına əlavə etdim.

******

Rus adıyla tanınan tyortıy piroqu yəgin tanıdınız. Piroqun adını Azəricəyə tərcümə etməkdə bir az çətinlik çəkdim – bir neçə tərcümənin arasından sürtgəc kətəsini seçdim. Sizcə necədir? Adını bilmirəm, amma mən bu kətənin dadını yaman xoşlayıram. Məncə çay süfrəsinə çox yaraşır.

Sürtgəc Kətəsi = Qaragül Piroqu (Tyortıy Piroq)

Xəmir üçün;
4  stəkan  yarım un
1 çay qaşığı soda
4 ədəd yumurta  – otaq hərarətində
2 stəkan şəkər tozu
100 qram kərə yağı – əridib soyudun

İçi üçün:
Variant 1:  2 stəkan hər hansı bir növ turşməzə meyvəmin cemi
Variant 2:  2 stəkan ərik cemi +   bir ovuc doğranmış qoz ləpəsi

Ölçüsü 33  X 22 sm olan formanın dibini və kənarlarını yağlayın. Bir kasada un və sodanı qarışdırıb, kasanı kənara qoyun.

İri bir kasada yumurta və şəkəri qarışana və qaymaq kimi olana qədər mikserlə çalın. Əridilmiş (ərinmiş deyil!) yağı buraya əlavə edib qarışdırın. Unu da tədricən buraya əlavə edib qarışdırın. Əvvəlcə mikserlə çala bilərsiniz, amma daha çox un tökdükdən sonra xəmir bərkiməyə başlayanda, əlinizlə yoğurun. Alınan xəmir bərk olmalı amma bir o qədər de deyil. Əlinizə bir az yapışsa problem olmaz, amma çox yapışırsa,  bir az da un əlavə edin.

Xəmiri 2 hissəyə bölün. Bir hissəsini formanın dibinə əlinizlə yayın. O biri hissəni isə kündələyib, mətbəx streçinə büküb buzluğa qoyun ki, bir az bərkisin,  təxminən 15 dəqiqə ərzində.

Sobanı 185C-dək qızdırın.

Birinci layın üstünə cemi çəkin. Buzluqda olan kündəni sürtgəcin iri dişlərində birbaşa kətənin üstünə keçirin.

Kətəni 35 dəqiqə və yaxud üstü azacıq qızaranadək bişirin. Soyuduqdan sonra istəyə görə kətənin üstünə şəkər pudrası ələmək olar. Nuş Olsun!

Bir cavab yazın


60 Comments
  1. Feride xanim men bujndan bisirmisem qeseng alinir.biz bunun adina biz bunun adina QARAGUL piroqu deyirik.

  2. Fəridə,cemin əvəzinə zefifason nəsə,şokoladlı krem ya da kakaolu şirə qatmaq olar? amerikan cake-ləri kimi.

  3. Feride xanim bilirsiz bunun adina niye QARAGUL PIROQU deyirler bizde?ona gore ki qaragul qoyunun ustu bu piroqun ustu kimi qivirciq olur.ona gore:)

  4. NİGAR – Çox maraqlı addır. Xoşum gəldi. Bəs sizdə deyəndə hara nərəzdə tutulur?

  5. GÜLƏR – zefir yaxşı olmaz məncə. Nəsə mürəbbəyə oxşar bir şey olmalıdır. Kakaolu şirə necə olur?

  6. salam Feridə xanım.görünüşü xoşuma geldi.hazırlamaq isteyirem bir şeyi başa düşmədim.resepde erinmiş yag yazılıb amma hazırlanmada eridilmiş deyil yazmısız.yeni nece yag olsun?

  7. ŞƏRQİYƏ – Yəni ki, əri əridin sonra tez kənara çəkin. Əridilmiş və ərinmiş yağ fərqil şeylərdir. Bunu eləcə tez əridin soyudun. Əridilmiş yaği isə bir qədər çox bişirirlər ki, tortası çıxsın. Özünüz yəgin bilirsiniz.

  8. başa düşdüm.çox cag olun.

  9. Feride xanım terkler demişkən ellerinize saglıq. Məndə bişirmiəm bunu gözel alınır. Adı bir az uzun ve çətin olub. Əslinde bu qurabiyə kimidir. Kətə dedikde mənim aglıma göyərtili kətə gəlir. Nigar xanımın dediyi kimi adı Qaraqul qurabiyısi olsa yaxşı olar. eyni ile tercümə etməsənizdə olar yeqin ki.

  10. Mən bu piroqu çooox sevirem.Cooox dadlı olur.Hazırlammasıda çox asanddır.Cox sağ olun.

  11. Salam.Mən bu piroqu bişirmişəm,çox dadlı olur. Çoooox sagolun.Sizdən yeni reseptlər gözləyirəm.

  12. Salam Feridə xanim.Bu piroq mənim demək olar ki hər həftə bişirdiyim piroqdu.Çox sevirəm bu piroqu.Sizə dərin təşəkkürümü bildirirəmki belə gözəl reseptləri şəkillərlə izah edirsiz.Mənim sizə işim düşüb(Bacım deyirki həmişə işin düşən də adama xoş söz diyirsən).Mənə salyonu peraşki reseptini detə bilərsiz.Bir söz də deyim.Sizin reseptləri tez-tez bişirirəm.Bugün anam bizə gəlib deyir ay qız necə kökəlmisən.Boşduq olan kimi nəsə bişirib yemmək istirəm.Bilmirəm axrım necə olacaq.Birdə gördüz sizə diyetik yemək reseptləri istədim.Özdə reseptlərinizi istifadə edən kimi hamıya paylayıram.Allah razı olsun sizdən.NOoolaaaaar salyonu peraşki reseptini yazın.İstəsəz emailmə də yaza bilərsiz

  13. Salam, Fəridə xanım. çooox sagolun, resept üçün. təşəkkür edirəm

  14. Bu piroqdan mende hazirlayiram cox dadli alinir cox sagolun Feride xanim allah size can sagligi versin bu cur reseptleri bizimle paylasdiginiz ucun

  15. Salam Feride xaninm! Gozel etrafli izahiniza gore size tewekurler! Axwma hazirladim bu piroqu cox gozel alindi buna gore size cox saq ol deyirem! ne olar kiev kotletinin reseptini de mumkunse xahiw edirem.

  16. salam Feride xanim. Men sizin saytinizala coxdan tanisham demek olar ki bu sayt acilandan. Bir defe sizin saytda AGLAYAN TORT adli tort 1resept var idi. Men de onu yazmadim.Dedim ki,onsuzda varda burda .Amma siz saytin adini deyishdirende o tortun resepti yox oldu. SIZDEN COOOOOOOX XAHISH EDIREMKI o resepti mene veresiniz,ya da saytda yerleshdiresiniz.Onceden TESEKKURLER.

  17. Feride xanim,

    Yeni tarife gore teshekkur edirem. Men bu surtgec ishini bir o qeder sevmirem. Ona gore uzerini bashqa cur edirem. Et cheken mashindan xemiri kechirib uzerini türmə formasında bezeyirem.

    ~Nargiz

  18. AYSEL – Ağlayan tort reseptini mən buraya yerləşdirməmişəm. Ola bilər oxuculardan kimsə yazıb. Mən silməmişəm. Ola bilər ki, bloqun hansısa başqa səhifəsindədir. Harada olduğunu bilmirəm düzü.

  19. Feride xanim,choxsaqolun
    men bu piroqdan bishirmishem cem evezine surtgecden kechmish alma, azaciq darchin ve 2.3 damci da limon suyu tokmushem. Qonaqlarim beyendi gozel alindi

  20. Salam, Fəridə xanım.
    Resepti götürən kimi bişirdim. Elə bir az əvvəl çayla içdim )))
    Çox xoşumuza gəldi. Aİləlikcə bəyəndik. Amma qalanda bir az bərkidi.

  21. ezizim FERIDE xanim biz artiq illerdir bu piroqu edrik.berdeden xalam oyretmiwdi bunu mene ve meclislerimizde en gozel piroq kimi qeyd olunur ve yeyilir cox saq olun lap deqiq resepte qore.bizlerde bunu KARAKUL adlandirirlar .her zaman bele yadimizda qalib.bu saytin yerini hec yer vere bilmez

  22. AYSELKA xanim bu piroq ele bir az berk olur isti isti yumwaq olur eslinde ele berk yeyilir.yeni bundan natahat olmayun

  23. bir nuyansi da chatdirim biz cemle qoz qariwimina yumurtanin aqini yaxwica calib qatriq sarisini ise testosuna qatriq

  24. Feride hanım,
    çok değişik bir tatlı olmuş,nefis görünüyor,
    Ankara’dan sevgiler…

  25. Ela resepler var Men balli tortu bishirdim.

  26. salam Feride xanim.yerlesdirdiyiniz reseplerin coxunu bisirmisem.cox lezzetli alinib.cosag olun zehmet olmasa yeni pizza resepleri yerlesdiresiniz.pomidoru ne ile evez etmek olar.qis oldugundan pamidorlar parnikde yetisir.bu da cox ziyandir.meslehet verseniz cox sevinirem.

  27. Salam Feride xanim necesiniz reseptlere gore cox sag olun.bu piroqu bizde cox bisirmisik eladi ama bizde adi KARAKULA di.yigincaq qonaq olan kimi bu piroqdan bisiririk cox sagolun.elleriniz derd gormesin

  28. Salam.Burda gordum,bishirdim.Beyenildi.Minnetdaram.

  29. Feride xanim burda sodani neye qatiriq?una?chox sag olun.

  30. XƏYALƏ – bunu reseptin əvvəlində qeyd etmişəm. Soda una qatılır.

  31. Salam,cox sag olun ki,bele melumatlar yazirsiniz ve bizimde melumatimiz olmaqla yanawi sevdiklerimizle beraber agiz dadimiz deyiwir.Minnetdariq.

  32. Salamlar her kese.
    Demek olar ki, orta mekteb dovrunden bisirdiyimiz piroqdur, sadece biz 1 eded Sana -ni butov elave edirdik buna ve seker tozu ile yumurtani da xama halina dusenedek chalmazdiq.
    Bu usulu da yoxlariq inshallar gorek ferqi ne olur.
    Yorulmayasiniz:)

  33. Salam, Feride xanim. Shekillerden gorunduyu kimi siz shushe tavadan chox istifade edirsiniz. Men bu cur tavani yalniz microdalgali sobada istifade edirem. Amma adi qaz sobasina qoymaga risk etmemishem. Qaz sobasinda bishirmek olar shushe tavada? Sinmaz ki?

  34. OFELYA – Qalın istiyə dayanlqlı şüşədirsə, problem olmaz.

  35. twk edirik feride xanim,allah sizi eskik etmesin

  36. salam Feride xanim. bu piroqa soz ola bilmez. o qede bisirmisem ki uje reseptini ezber bilirem…cox sagolun. Tanri sizi qorusun.AMIN!

  37. TESEKKURLER

  38. Feride xanim cox sag olun ki bu cur reseptleri saytda yerleshdirirsiniz.xanimlarimiz da bishiriri. agzimiz dada gelir.
    teshekkurler

  39. Salam Feride xanim.Men sizin sayti yanvar ayindan izleyirem.sizin sayti ve reseptlerinizi goren de nece sevindiyimi dile getire bilmirem.Sizin reseptlerinizden sobada pirojki,NApoleon,Limonlu dordbucaqlar,Pendirli borucuqlar,Bulkiler,Qaymaqli dondurma,Balli tortu bisirmisem.evveller elimdwen qetiyyen sirniyyat bisirmek gelmirdi,sizin ve sizin verdiyiniz reseptler sayesinde men bu sirniyyat tilsimini sindirdim.Size cooooooooooox minnetdaram.

  40. davamli olaraq sizin sayti izleyirem cox beyenirem eladir. bu piroq da cox dadlidi.yemisdim amma reseptini bilmirdim tesekkur edirem

  41. FERIDE XANIM COOOOX SAG OLUN KI BELE GOZEL RESEPLER YAZIRSIZ.YENI RESEPLER GOZLEYIREM

  42. Salamlar.Menim mamam sirniyyat bisirmeyi cox sevir ve hal-hazirdada bisirmekle mesquldur.3 nov sirniyyat bisirib.Onlardan biride qaragul piroqudur.Cox gozel alindi.

  43. salam feride xanim men peraski pisirirem amma yumusaq olmur zehmet deyilse onun reseptini bilirsinizsse yazardiniiz da nolarrrrrrrrrrr

  44. Salam, sizcə yağ tortaından nə bişirmək olar. Necə istifadə etmək olar onu?

  45. SADA – Yağın tortasından qurabiyə bişirmək olar. Bir gün reseptini yazaram.

  46. Salam,Fəridə Xanım,Mən Qaragül piroqunu hazırladım çox gözəl oldu sayənizdə Ümumiyyətlə Sizin reseptlər əsasında hazırladığım şirniyatlar çox gözəl alınır və çox böyük arxayınlıqla hazırlayıram.Sizdən xaişim o olacaqdı ki,Siz meyvəli tart bişirib yerləşdirəsiz,düzünü desəm başqa resept əsasında hazırladım ürək açan olmadı,bu səbəbdən sizdən xaiş edirəm.

  47. Salam feride xanim.Mende ele indi hazirladim dadina baxim bu serhi yaziram.Cox gozel alindi cox sag olun.

  48. Salam Feride xanim. Sizin reseptleriniz erimin gozune girmeyime cox komek edib. Uterine geden yol medesinden kecir:) cox sag olun. Bir sualim var. Sonda tortun uzerine turkler seker hamuru deye xemir acirlar sonra bezeyirler hemin seker hamurdan bezekler de duzeldirler. Zehmet olmasa onun reseptini yazasiz. Thanks

  49. Salam Fəridə xanım.Necəsiniz?Bu piroqu hazırladım.Çox dadlı alındı.Hamı bəyəndi,evdəkilər də,işdəki qadınlar da.Çox sag olun.ALLAH razı olsun.

  50. Bu piroqu hazırladım, super alındı. YAXŞI Kİ, SİZ VARsız, təşəkkürlər FƏRİDƏ XANIM

  51. salaamlar.bu piroqu men bele hazirlayiram 4st(xrustal st.) un,2yumurta,250qr marqarin yag(marqarin olur cunki kere yaginda ayran cox olur amma isteyen kere ile bisire biler),1st seker tozu,1c.q aaz sodaani 1x.q sirkede oldurub qatirsan.bu erzaqlarin hamsi eyni anda tokulub qatilir yogrulur.arxasi yazilan kimi davm etdirilir.isteyen qoz kakos da qata biler xemrine.cemlerdende hansi olur olsun ferq etmez

  52. Cox beyendim.

  53. Mende size un kurabiyesinin tarifini vermek isteyirem.ilk once 250qr kere ayagini otaq tenpuraturunda qoyursuz erisin sonra onu 1 stek seker pudrasiyla qarisdirib stek yarisi qeder nisasda stek yarisi qeder duru yag 1 vanel 3-4 stek un.xemir ele yapismasin sonra istediyiniz formaya salin.180derecede bisirin

  54. Men bu piroqu edirem amma adını karakul bilirem.

  55. salam olar ki men bu piroqa alma cemi vuram nece olar

  56. Salamlar.bu piroq menim sevimli piroqumdur.adeten bunu ya erik, ya da saftali cemi ile edirem men.

  57. mende bisirirem bundan ve cox xoslayiram,esasda qaynatam xoslayir.

  58. Salam xanimlar yag tortasindan nece bir sirniyyat hazirlaya bilerem bildiyim gore nese hazirlamaq olur

  59. super elinize saliq Feride xanim

  60. Salam xanım. Mən də bu piroq dan bisirirem.amma bizdə buna karakul deyirlər.

Bir cavab yazın