Best in the World!
Dadlı yemək reseptləri bloqu

Posts Tagged beze

Kokoslu Mereng (Beze)

Bütün qadınlarımızı 8 Mart bayramı münasibətilə ürəkdən təbrik edir, onlara zərif kokoslu bezenin reseptini  həsr edirəm.

Kokslu Mereng (Beze)
Cooking Light, December 2007 jurnalından dəyişikliklərlə götürülmüşdür

Qeyd: Kokos lopalarını sobada bir az qızartdığınızda onların dadı daha da dərinləşir. Amma bu addım zəruri deyil. İstəyə görə, lopalar elə olduqları kimi, qızardılmadan da bezeyə əlavə edilə bilər.

31 beze üçün

yarım stəkan şirin kokos lopaları
3  ədəd iri yumurtanın agı
bir çimdik duz
yarım stəkan şəkər tozu
1/4  çay qaşlğı vanik ekstraktı
1/8  çay qaşığı kokos ekstraktı (zəruri deyil, mən çox vaxt vurmuram)
1  xörək qaşığı kakao tozu (şirin olmasın)

Əgər merengə qızarmış kokos əlavə etmək istəyirsinizsə, onda kokos lopalarını belə hazırlayın. Sobabı 180Cdək qızdırın. Lopaları soba listinə bir lay düzün. Sobanın orta təbəqəsində 5 dəqiqə bişirin. Tez-tez baxın ki, lopalar yanmasınlar. Üstləri bir az qızardığında lopalar hazırdır. Listi sobadan çıxardıb, lopaları bir qaba qoyun.

Sobanın hərarətini 130Cdək azaldın. 2 iri listin dibinə kalka kağızı sərin.

Yumura ağları və duzu bir qabda mikserlə köpüklənənədək çalın.

Tədricən, qaşıq-qaşıq, şökər tozunu əlavə edib, çalmağa davam edin. Hazır kütlə mikserin çəngəliylə qaldıranda tökülməməlidir. Ekstraktları əlavə edib qarışdırın. Yavaşca kokos lopalarını əlavə edib, qarışdırın. Çox qarışdırmayın, yoxsa merenglər şişməz.

Kütlədən xörək qaşığı qədər götürüb listə bir-birilərindən 5 sm aralıqda bezelər düzün.

Listin birinin sobanın alt yerində, digəri isə üst yerində olmaq şərtilə merengləri 30 dəqiqə bişirin. Sonra listlərin yerini dəyişib, 30 dəqiqə də bişirin. Merenglərin üstü azacıq qızaracaq, amma çox deyil. Sobadan çıxardın. Soyuduqdan sonra üzərlərinə kakao tozu səpin.