Best in the World!
Dadlı yemək reseptləri bloqu

Tuile

Tuile (tvil kimi oxunur) yüngül fransız üsulu xırt-xırt qurabiyədir və müxtəlif formada, boyda və dadda ola bilər. Bu qurabiyələr istədiyiniz içliklə doldurula bilər – məsəl üçün, bişmiş krem, muss, hətta dondurma belə. Tuile fransızca “kirəmit” deməkdir ” və orijinal qurabiyənin forması Fransadakı dam kirəmitlərinə bənzədiyinə görə ona bu ad verilib. Ənənəvi tuile əvvəlcə sobada  bişirilir, sonra isə isti-isti mərdanənin üstünə sərilir ki, bir qədər qatlansın. Soyuduğunda tuile bir az  bərkiyir. Bu qurabiyələrə istədiyiniz şəkil verə bilərsiniz.

Tuile

Angélique Schmeinck, “The Chocolate Book” kitabından adaptə edilşmişdir

Reseptəki ölçülərə əsasən -5 ədəd böyük tuile hazırlanacaq.

Xəmirin hazırlanması 10 dəqiqə, soyuducuda saxlanması 30 dəqiqə, bişirilmə müddəti – hər pay üçün 5-10 dəqiqə vaxt aparır.

Lazım olan ərzaqlar:

65 qram yumşaldımış yağ (ərinmiş yox,məhz yumşaldılmış halda)
60 qram ələnmiş şəkər kirşanı (pudrası)
1 paket vanil tozu (yaxud bir qədər vanil ekstraktı ilə əvəz oluna bilər)
2 böyük yumurtanın ağı (yüngülcə çəngəllə çalınmış şəkildə)
65 qram ələnmiş ağ un
Yağ – bişiriləcək listin üzərinə çəkmək üçün.

1.Yumşaldılmış yağ,şəkər tozu və vanil birlikdə əl yaxud mikserlə (aşağı sürətdə) bir qabda qarışdırılır, yumşaq xəmir halına salınır. Qarışdıra-qarışdıra üzərinə az-az miqdarda çalınmış yumurtanın ağı əlavə olunur. Daha sonra qatışığın üzərinə hissə-hissə un tökülür və yumşaq xəmir alınanadək qarışdırılır. Diqqət yetirmək lazımdır ki, xəmir həddən çox qarışdırılmasın!

2. Xəmir olan qabın üstü selofanla örtülür,ən azı yarım saat soyuducuda saxlanır.( Bu xəmir soyuducuda bir həftəyədək saxlana bilər. İstifadə etməzdən 30 dəqiqə əvvəl xəmir soyuducudan çıxarılmalıdır.)

3. Bişiriləcək listin üzərinə perqament kağızı yerləşdirilir yaxud da listin üzəri yağlanır və heç olmasa 15 dəqiqə soyuducuda saxlanır. Xəmiri qaşıqla götürüb dairə formasında yayın. Hər dəfə listə 2-3 xəmiri yeləşdirib bişirmək lazımdır.

4. Tuile öncədən 180 dərəcə tempraturda qızdırılmış sobada, xəmirin kənarları qızılı qəhvəyi rəng alanadək, təxminən 5-10 dəqiqə bişirilir. Bişmiş xəmir dərhal sobadan çıxarılır və istənilən formaya salınır/bükülür. Xəmir bişdikdən dərhal sonra,isti halda formaya salınmalıdır. Ona görə də hər dəfə az sayda xəmir bişirmək lazımdır.

5. Tuilləri istədiyiniz kremlə (aşağıda nümunə var), meyvəylə doldurub süfrəyə verin.

Kremin hazırlanması:

5-6 ədəd tuiles üçün 1 ¼ fincan krem lazımdır.

Ərzaqlar:

1 fincan süd (tam yağsız ya da az yağlı)
¼ fincan şəkər tozu
1 çay qaşığı vanil ekstraktı
1 cimdik duz
2 böyük yumurtanın yalnız sarısı
¼ fincan qarğıdalı nişastası
1 xörək qaşığı duzsuz kərə yağı (kiçik hissələr doğranılır)

1.Orta ölçülü qazana süd,şəkər tozunun yarısı,vanil ekstraktı və duz tökülüb qaynayanadək orta dərəcəli odun üzərində bişirilir.

2.Orta ölçülü qabda yumurta sarısı, qarğıdalı nişastası və şəkər tozunun qalan hissəsi qarışdırılır. Qarışdıra-qarışdıra bunun üzərinə yavaş-yavaş əvvəlcədən hazırlanmış isti,südlü qarışıq əlavə olunur. Bütün bunlar tam şəkildə bir-birinə qarışdıqdan sonra yenidən qazana tökülür. Təxminən 2-4 dəqiqə,orta-yüksək dərəcəli odda, dayanmadan qarışdırmaq şərtiylə kütlə qatılaşana kimi bişirilir.

3.Bişdikdən sonra qarışıq qaba tökülür,üzərinə yağ əlavə olunur. Orta sürətli mikser vasitəsiylə, təxminən 5 dəqiqə ərzində, yağ əriyənə və kütlə soyuyanadək qarışdırılır.

4.Bərkiməsin deyə kremin üzəri sellofanla kip şəkildə örtülür. Soyuyanadək soyuducuda saxlanır. Ən azı 2 saat,ən çoxu 2 günədək krem soyuducuda saxlana bilər. İstifadə etməzdən öncə yumşalması üçün kremi qarışdırmaq lazımdır.

Bir cavab yazın

18 Şərh
  1. Salam Cox gozel ve hazirlanmasi asand reseptdir mence sadece niye kreme duz vuruldugunu sorusmaq isterdim cox sagolun

  2. men bu qurabiyeden dadmisam cox lezzetli olur, ellerinize sagliq

  3. Dadlı görünü r:)
    Qarışdıra-qarışdıra üzərinə az-az miqdarda çalınmış yumurtanın ağı əlavə olunur.– əl ilə çaldığımız yumurta ağı? mən belə başa düşdüm.
    1/4 fincan təxmini 2 çox dolu olmayan xörək qaşığı şəkər kimi nəzərdə tutmaq olar?

  4. GÜLNAR,bəli,əvvəlcədən çalınmış yumurtanın ağı əlavə olunmalıdır. Şəkərin miqdarı da təxminən qeyd etdiyiniz qədər olacaq.

  5. Daha doğrusu 1/4 fincan şəkər tozu 4 xörək qaşığı qədərdir. Əgər qaşıq böyük və dolu olsa təxminən eyni götürülə bilər.

  6. eziz Feride xanım mence bu resept vafelnitsada bişirmek üçün çox uygundur çox tesekkür edirem

  7. salam.feride xanim men sizden sorushmaq isterdim ki.baking powder nedir?onu ne ucun istifade edirler.cox xahish edirem yazardiz?soda evezidirmi?

  8. ZÜLFİYYƏ, “baking powder” – pudra toz halında /poroşok/ bir qatqıdır ki müəyyən şirniyyatların hazırlanmasında istifadə olunur. Xəmiri daha da şişirtmək və yumşaq hala salmaq üçün istifadə olunur. Məsələn,muffin adlanan şirniyyatın xəmirinə qatılır.

  9. cox gozeldir bishirmek fikrim var.

  10. stalisniye alma vururlar?

  11. AĞGÜL,zövqə görə vururlar.

  12. Tortun üstünü bezemek isteyirsinizse,bu xemiri armudu stekanin ağzı boyda yayın lap ondan da kıçık olar.Feride xanim demişken az-az bişirin sobadan çixardan kimi kenarda limonun qabiğini kibrit çöpü kimi doğrayin ve hemin biş.xemirin ortasına qoyub ,biş.xemirin aşağı uçlarını tez bir-birine sixin.Olacaq zanbaq Gül’ü(kala ).Tortun üzerine istediğiniz şekilde düzün.Cox gözel alınır .Hele üzerine şeker pudrasi tökün,
    cox gözel kalalar (zanbaq) görsenecek.

  13. Teşekkürler , Cox xosuma geldi. Mutleq yoxlayacam. Bele sade resseplerinizin davamini gozduyurem , Feride xanim.

  14. Çox dadlı görünür.Bəlkə mən də anamla birlikdə hazırladım.Təşəkkürlər,Fəridə xanım.

  15. salam. Bir maraqlı site var. Mən konditer məşhur Təbriz edirəm. Mənim site oldu.Bu mənim site:

  16. gözel olmuş

  17. looks tasty

  18. gozeldi men bisirdim gozel cixdi

Bir cavab yazın