Best in the World!
Dadlı yemək reseptləri bloqu

Vafli

Westgold

Waffles

Vafli bişirmək üçün vafli bişirən elektrik forma lazımdır. Bu ləziz bişməni həm səhər yeməyində qaymaq, mürəbbə, cem və siropla süfrəyə vermək olar, həm də yüngül bir şirni kimi üstünə giləmeyvə düzüb şəkər kirşanı səpib, çayla içmək olar.

Vafli

4 ədəd iri vafli üçün (hər vafli 4, yaxud vafli formasına görə daha az və çox hissəyə bölünə bilər)

Ərzaqlar:

1 + 3/4 (260 qram) stəkan un
2 xörək qaşığı şəkər tozu
1 xörək qaşığı qabartma tozu
2 yumurta
1 + 3/4 stəkan süd
115 qram Westgold kərə yağı
1 çay qaşığı duru vanil (vanil ekstraktı)

Hazırlanma Qaydası:

Waffles

İri qabda un, şəkər tozu və qabartma tozunu qarışdırın.

Waffles

Yağı əridib soyudun. Bir qabda yumurtaları yüngülvari çalın. Üstünə südü, soyumuş yağı və vanili əlavə edib qarışdırın.

Waffles

İslaq kütləni quru (unlu) kütləyə əlavə edib qarışdırın.

Waffles

Kütləni çalmayın.

Waffles

Vafli formasını qızdırın. Azca yağlayın (mən sprey yağdan istifadə edirəm). Formanın ölçüsündən asılı olaraq, ortasına bir qədər xəmir tökün. Qapağını bağlayın. Kütlə formanın içində özü yayılacaq.

Waffles

Vaflinin hər iki tərəfi qızılı rənd aldığında (çevirməyə gərək yoxdur, forma hər iki tərəfini bir dəfəlik bişirir; qapağı açmayın) formadan çıxardıb isti-isti süfrəyə verin. Nuş olsun!

 Şərh yazmağı unutmayın! Müzakirəyə qoşulun.

Waffles

Westgold

Bir cavab yazın

23 Şərh
  1. Bunu tavada etmek olar?

  2. feride xanim salam.bizim butun qohumlarimiz sizin reseptlerden istifade edir,size tesekkurlerimizi bildiririk.sizin kimi her seyi deqiqliyi ile yazan basqa sayt yoxdur

    • Çox sağ olun. Sevindim. Bütün qohumlarınıza məndən salam söyləyin:)

  3. Salam,reseptleriniz cox gozeldi, ama men wafli qabinin brendini sorushmag isteyirem zehmet olmazsa deyin, cunki hasini almagda qerarsizam, ama sizin sekil ele gozel gorunurki mende o qabdan almag isteyirem.

    • Mən Amerikada satılan Oster markasının qabından istifadə edirəm. Bakıda satılan markalardan xəbərim yoxdur düzü.

      • Coox sagolun, ele mende Houstonda yasayiram.

        • Onda əla:) Burada seçim çoxdur. Mən bunu çoxdan və heç araşdırmadan aldım. Pis çıxmadı. Bəlkə daha da yaxşıları var.

          • Menimde hec almag fikrim yox idi, ama sizin sekildeki ele gozel gorunurki, almag isteyirem 🙂

  4. FERIDE XANIM QIZILI REND NE DEMEKDIR RENG DEMEKDIR / yagli sprey nece olur hardan ala bilerem /kere yagiyla yaglayim yoxsa duru yagnan

    • Yəni ki, qızıl rəngi. Yağlı sprey orada satılmırsa kərə yağından istifadə edin.

      • Feride xanim vanol ekstrakti ne demey?

        • Vanil çubuğundan alınan sulu maye.

          • Hemin bu mayeni hardan elde etmek olar yeni dukanda men dedim dedilerki o nedi hele)))men onu hardan alim…..Feride xanim birde size o sozu demek isteyiremki size heyranan…..resseptleri cox aydin wekilde yazirsiniz..sizin sahenizde cox wey oyrendim hem yemek hemde wirniyyat baresinde…ona gorede size semimi qelbden tewekkur edirem….hemiwe bele cavan ureyli qalasiz canim,,,opurem sizi,,vanel mayesinde hardan alim deyerdinizde)))))

          • Çox sağ olun:) Vanil ekstraktı böyük supermarketlərdə, yaxud xarici ərzaqlar satan marketlərdə var. Yoxdursa, ondan istifadə etməyin. Zəruri deyil.

          • Feride xanim zehmet olmasa cemli piroqun resseptini yazardinizda

  5. S vashey legkoi ruki,ilk defeden ela alindi!:)P.S.Detki v vostorge!:)Chox sagolun!

  6. Salam Farida xanım vafli qabını haradan almısınız.Men tapa bilmedim.Bu arada çoox gpzel görünür sizin vafli.Resepte göre de çox sagolun.Bir Göyçaylı olaraq da narı saytın brendi kimi öne çxarmanız meni qürurlandırdı.Sizden ilham alaraq mende mpvsüm vaxtı narla şekiller çekdirm
    işem.

  7. Reseptleriniz superdi! Etrafli yazdiginiza gora tewekkurler:)

  8. Salam Feride xanım xahiş edirem eyer melumatınız varsa menimle bölüşesiniz. Mene vanilya çubuğu lazımdır. Bakıda onu hardan elde etmek mümkündür?

    • Bakıda yaşamadığıma görə dəqiq deyə bilmərəm, amma təhminimcə xüsusi marketlərdə ola bilər.

  9. Salam her kese.ela gorsenir.elinize sagliq

Bir cavab yazın