Best in the World!
Dadlı yemək reseptləri bloqu

Yumuşaq (və Nəm) Brauni

Quru, biskvit kimi olan braunilərdənsə, yumuşaq, içi nəm olan  brauniləri daha çox xoşlayıram. Bu reseptdəki braunilər eyniylə belə olur. Məncə bu brauniləri şokolad xoşlayan hər kəs bəyənəcək. Nuş olsun!

Yumuşaq Brauni

“The Essence of Chocolate: Recipes for Baking and Cooking with Fine Chocolate” ( müəlliflər – John Scharffenberger and Robert Steinberg) kitabından adaptə olunmuşdur


16  ədəd  kiçik brauni dilimi üçün


6 xörək qaşığı (85 qram) kərə yağı – kubiklərə doğrayın
225 qram 60% və ya 70%-lik acı-şirin (bittersweet) şokolad (plitka) – iri-iri doğrayın
bir stəkanın dortdə üçü qədər +  2 xörək qaşığı şəkər tozu
bir çay qaşıının dörtdə biri qədər duz
2 ədəd iri yumurta
bir stəkanın üçdə biri qədər un
yarım stəkan qoz ləpəsi

Sobanı 160Cdək qızdırın.  Ölçüsü 20 sm x 40 sm olan perqament kağızı kəsib hazırlayın.

Ölçüsü 20 x 20 x 5 sm  olan formanın dibini bir az yağlayıb perqament kağızı buraya sərin. Kağızın kənarları iki tərəfdən bir qədər formanın kənarına çıxacaq – bu, belə də olmalıdır. Perqamentin üstünü yağlayın.

Şokoladı və yağı istiyə qarşı dayanıqlı bir qaba qoyub, qabı qaynayan su olan qazanın üstünə yerləşdirin. Qabın dibi suya dəyməməlidir. Tez-tez qarışdıraraq, şokolad və yağı əridin. Sonra qabı kənara çəkin.

İri taxta qaşıqla şəkər tozu və duzu şokolada əlavə edin (şokoladın soyumasını gözləmək lazım deyil). Yumurtaları bir-bir əlavə edib qaşıqla çırpın. Unu da əlavə edib yaxşıca qarışdırın. Alınan kütlə hamar və düyünsüz olmalıdır. Əlinizlə qozu iri parçalara bölüb çokoladlı kütləyə əlavə edin. Yavaşca qarışdırın.

Qarışığı formaya töküb üstünü qaşıqla hamarlayın. 30-35 dəqiqə bişirin. Kibritlə brauninin ortasına batırıb çıxartdığınızda, kibrit təmiz amma nəm olmalıdır.

Qoyun  brauni formada bir qədər soyusun. Sonra isə perqament kağızının çıxan tərəflərindən vasitəsiylə brauniləri formadan çıxardın. Qoyun tamamilə soyusun. Sonra isə kiçir kvadratlara doğrayın.



Bir cavab yazın

19 Şərh
  1. FERIDE XANIM SALAM BAGISLAYIN SIZ ORDA 2 DEFE YAZMISIZ 1STEKAN UCDE BIRI QEDER UN BU ELE OLMALIDIR?? 2DEFE??

  2. REYHAN: Cox sag olun sehfi tapdiginiza gore. 1 defe olmalidir. Duzeltdim.

  3. Maraqlidi,weker tozunun olcusunu niye bele vermisiniz?bir yerde niye hesablamirsiniz ki?

  4. Bir de,Feride xanim 60-70 faizli wokalad ne demekdi?Bakida goresen hansi marka wokalad beledi ve alsam brauni biwire bilerem?

  5. HUSNIYE: Seker tozunun olcusunu ona gore ele vermisem ki, size her seyi deqiqlikle catdirim. Ona gore ki, sizce bir stəkanın dortdə üçü qədər + 2 xörək qaşığı şəkər tozu beraberdir neche stekan? Onu nece hesablamaq olar ki? Odur ki ayri ayri yazilib. Hem stekandaki olcunu qatin hem de ustune 2 qasiq elave edin. Deqiq olmasini istedim.

  6. HUSNIYE: Hal-hazirda Bakida yasamadigim ucun orada satilan shokoladlarin markasini bilmirem. Amma aci-sirin sokolad olsun. Sudlu sokolad deyil. Faizler sokolarddaki esl kakaonun terkibini gosterir.

  7. SALAM FƏRİDƏ XANİM .HƏR DƏFƏ RESEPTLƏRİNİZLƏ BİZİ SEVİNDİRİRSİZ.AMMA COX XAİŞ EDİRƏM ALBALİ TORTUNUN RESEPTİNİ YAZASİNİZ.BƏZƏN ALBALI TORTUNDA ANCAQ UZERİNE ALBALI QOYURLAR MƏNSƏ LAYLARIN ARASINA ALBALI QOYULAN ALBALI TORTUNUN RESEPTİNİ SORUŞURAM

  8. Salam Feride xanim chox gozel gorunushu var her halda dadi da eladi!sizden xaish edirem ne olar bir defe de snikers tortu hazirlayin olar?teshekkurler!

  9. salam feride xanim siz yenede meni teeccublendirmekde davam edi8rsiniz bu defede resseptiniz maraqlidir. canim feride sixden xahis edirem suwi bisiresen mende sizden oyrenim evvelceden tesekkur edirem. sevgi ve sayqilarla………..

  10. Salam Färida xanim .Qarshida gälän yeni ilinizi täbrik ediräm vä sizä qadin xoshbäxliyi arzulayiram .

  11. SALAM FERIDE XANIM SIZIN SAYTINIZI COX BEYENIREM. HETTA HEVESE DUSUB DUXOVKADA ALMISAM. HEC VAXT BELE SEYLER BISIRMEMISEM. YANI ILK DEFE OLACAQ, TESEKKURLER

  12. slm.cox gozel el qabiliyyetiniz var.beyenirem hemishe edirem .cox saytlar sizin el ishinizden istifade edir. xahish edirem feride xanim mene slayonni xemirin icine ne gedir deyerdiniz? ve hemin xemiri sirniyyatlarada duzlu pirojkilere de istifade etmek olur?yoxsa yalniz 1 ine?

  13. NAZRINKA: Yeni ilde mutleq qat-qat xemirin resepti olacaq.

  14. salam feride xanim necesiz sizden bir recept xahis edirem turker banandan dondurmali muz adli desert hazirlayirla onun sizde recepti yoxdu men nette baxdim burda her bircur yazib ama men gorduyum bananlar ortadan iki yere bolunub marojna cubuqlarina kecirilmisdi bele fasonluyudu varsa xahis edirem mene gonderinde.

  15. Salam, Feride xanim! evvela onu deyim ki bizimle bolusduyunuz reseptler heqiqeten de cox dadli ve gozoxsayan olur. Buna gore size tesekkur edirem. Ele bu reseptiniz de cox gozeldi amma men burda bir seyi anlamadim. Siz brauninin inqredientlerini ardicil yazmisiz. Orda 6 xorek qasigi kere yagi yazmisiz. Amma hazirlanma qaydasinda yagdan nece istifade edeceyimizi gostermemisiz. Xahis edirem onu deqiqlesdirerdiz.

  16. ŞÖVKƏT – Çox sağ olun, səhfimi tapdınız. Yağ şokoladla birlikdə əridilir. Eyni qabda.

  17. Feride x. sizi sevirem.Nisanliyam bu receplerden istifade edib aciq verecem nisanlimin ailesine.Opuldunuz.

  18. tesekkurler cox gozel reseptdir. bisirende ela alindi

  19. Salam Farida xanim, sizden bir xahishim var, mumkunse Lava Cake-in (hot chocolate) reseptini paylasha bilersiniz? evvelceden teshekkur edirem..

Bir cavab yazın