Best in the World!
Dadlı yemək reseptləri bloqu

Asan Almalı Piroq (Video)

Asan Almalı Piroq | AZCookbook.com

Bu resepti 14 noyabr 2013 tarixində dərc etmişdim, amma bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın! Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin).

______

“Qonaqlar indi gələcək! Bəs mən neyləyim? Şirniyyat bişirməyi çatdırmadım…” Narahat olmayın! Hər şeyin çarəsi var, bu da qapıda-qonağım-var-evimdə-şirnim-yoxdur kimi vəziyyət üçün əla çarə – asan almalı piroq! Almalı şarlotka yadınızdadır? Bunlar qohum piroqlardır – tez harırlanan və eyni zamanda ləzzətlidirlər.

Asanlığı nədədir? İzah edim. Piroqun xəmiri bir iki dəqiqədə hazırlanır. Sonra xəmir formaya tökülür, üstünə alma dilimləri düzülür, qozdarçın səpilir, və piroq sobaya yollanır. Bişdikdən sonra hamı sevinir. Siz də özünüzü və sevdiklərinizi bu piroqla sevindirin. Bu piroq kofe və çayla əla gedir! İsti ikən üstünə  vanilli dondurma qoyub yeyəndə də əla olur.

ASAN ALMALI PİROQUN HAZIRLANMA QAYDASI VİDEODA:

ASAN ALMALI PİROQ

təxminən 10 pay üçün

Ərzaqlar

  • 2 stəkan əla növ un
  • 1 stəkan şəkər tozu
  • 2 çay qaşığı qabartma tozu
  • 1/4 çay qaşığı duz
  • 1 ədəd iri yumurta – yüngülvari çırpılmış
  • 1 stəkan süd
  • 2 xörək qaşığı zeytun yağı və ya hər hansı növ başqa duru yağ (güclü qoxusu olmayan)
  • 2ədəd alma (biri yaşıl, o biri gıqmızı) –  qabığını soymadan nazik dilimlər şəkilində kəsin
  • 1/2  stəkan qəhvəyi şəkər tozu
  • 1/2 çay qaşığı darçın
  • 1/4 stəkan kərə yağı, əridilib otaq hərarətinə qədər soyudulmuş
  • 1/2 stəkan doğranmış qoz

Hazırlanması

  1. Sobanı 180ºCdək qızdırın.
  2. Un, şəkər tozu, qabartma tozu və duzu bir qabda qarışdırın. Üstünə yumurta, süd və duru yağı əlavə edib, yenidən qarışdırın.
  3. Alınan kütləni dibi yağlanmış və azacıq unlanmış, ölçüləri 23x 33 sm olan formaya (mən istiyə dayanıqlı şüşə Pyrex formada bişirirəm) boşaldıb, üstünü hamarlayın.
  4. Alma dilimlərini xəmirin üstünə cərgələrlə düzün.
  5. Ayrı qabda qəhvəyi şəkər tozu, darçın va kərə yağını qarışdırın. Alınan qarışığı almaların üstünə səpin. Bunun da üstünə qozu səpin.
  6. Piroqu xəmir formanın kənarlarından ayrılanadək (təxminən 45 dəqiqə) bişirin. Sobadan çıxardın. Qoyun piroq formanın içində təxminən 10 dəqiqə soyusun.
  7. Piroqu hələ isti ikən və ya otaq hərarətində olduğunda süfrəyə verin.

Bir cavab yazın

33 Şərh
  1. Merhaba,

    Blogunuzu uzun zamandır takip ediyorum. Tarifleriniz ve fotoğrafları çok güzeller. Genelde İngilizce kısmından takip ediyordum ancak artık Azericemi de geliştiriyorum

    Ellerinize sağlık….

  2. Feride xainm, duru yag xemirin ichine, kere ise ustune gedir? reseptde aydin deyil.
    Teshekkurler

    FƏRİDƏ – AZCOOKBOOK: Bəli, duru xəmirə, kərə üstünə. Düzəliş etdim reseptdə. Çox sağ olun qeyd etdiyinizə görə.

  3. Feride xanim, qehveyi sheker tozum yoxdu( ve darcin anam xoshlamir. Adi sheker tozu ve qozla elemek olar? Nece olar?

  4. cox gozel bir piroqdur.Dadi ela alindi. Bu piroqu cox xosladim

  5. ölürəm də almalı piroq üçün!

  6. Hazirladim. Chox sag olun, ela alindi!!!

  7. salam Feride xanim. men rulet recepti isteyirem. mumkunse mene yazarsiz. ushaglarim cox sevir ruleti ama men ozum hazirlamaq isteyirem. evvelceden teshekkurler.

  8. sizde olan shirniyyat receptleridi yemeklerdi coxunu hazirlamisham ailem terefinden cox beyenilib. oz refiqelerimide sizin receptleri meslehet gorurem

  9. Piroqu bu gun hazirladim. Cooox beyendim. Ailem de eynile. Restoranlarda daddigim darchinli alma puroqunu cox xatirlatdi. Soyuq shekilde de eladir. Piroqda almalar cox sulu ve canli qalir, bunu da cox beyendim. Cooox sag olun:)

  10. Salamlar wuwe qab evezine tavada biwirmek olar?

    FƏRİDƏ – AZCOOKBOOK: Bəli, olar.

  11. salam Feride xanim. Ilk dunen tesadufen girdim bu blokunuza ve bu almali piroqu yazdim indi de bishirib qonshumada gonderdim.Cunki cox ezzetli,shishman bishkivitli bir piroq alindi. tesekkurler 🙂 sizden simetanli kreme aid bir cox bishkivit xemirleri isterdim eyer mumkundurse?! onceden tesekkurler

  12. Feride xanim, tewekkurler. Biwirdim, yedik, elaaa. Xususile qaynatam cox beyendi 🙂 Ailemize sevinc qatdiniz 🙂

  13. Salam Fəridə xanım… Uzun zamandır ki saytınıza girə bilmirdim.. Şükür ki,yenidən sizinləyəm.. Almalı sarlottanı o qədər bişirmişəm ki… Atam evində cox seviıirdi. Toyum olandan sonra da burda bişirdim. Cox sevildi. Yungul oldugu ücün hami ləzzətlə yedi… Bu resepti də sinayacam.. Cox sagolun..

  14. Eladı. Mence. Eledim çox gözel alındı. Hamı beyendi

  15. salam resept menjmde xosuma geldi indi gedjrem hazirlayom sadece esmer seker uoxdu yeqin normal olarde

  16. Men bunu biwirdim.dediyniz kimi deqiq.ama kopemedi.weker tozunun coxluqunnan ola bilermi sizce.birde mumkunse marcipanin hazirlanmasin yazardiz.cox saqolun

  17. Salam Feride xanim artiq necenci qonagligimdiki siz yaman elimnen tutursuz,tesekkurler sizeeeeee,yorulmuyasiz))

  18. Salam Fəridə xanım cox gözəl reseptdir. Qəhvəyi şəkər tozunun yerinə başqa nəsə istifadə etmək olar?

  19. size bir resept deyecem 3st pesok 4st un 1st qatiq qabartmatozu bunlari qarisdirib tavaya tokursuz 180 200 derece arasinda bisir ustune seker tozu tokursuz NUS OLSUN

  20. Feride xanim zehmet olmasa sualma cvb yazim qehveyi weker tozunun yerine darcin qatsam olar?

  21. Men siz dediyiviz kimi eledim ancah alinmadi

  22. yumurtani harda istifade edeceyimiz yazilmayib

  23. Ferideem sizi sevirem❤❤

  24. Ferideem sizi sevirem❤❤

  25. Salam Feride xanim.bu gun bu resepti etdim.ailem ve men cox beyedik.qehveyi seker tozu evezine adi seker tozu etdim.cox dadli alindi tesekkurler

  26. Super super super.. Feride xanim cox sag olun asan ve dali resptdir. Etdim cox dadlidir. Usaqlar da cox beyendi..
    Thanks a lot!!!!

  27. Salamlar. Qəhvəyi şəkər tozum olmadığı üçün ağ şəkər tozundan istifadə elədim. Amma siz etməyin. Kərə yağı və darçınla qarışdırılmış ağ pesok piroqun üzərində ərimədi. Adamın ağzını narahat edir, xırçıldayır yeyəndə.
    Piroqun xəmirinin öz şirnisi azdır, üzərinə səpməkdənsə mən içindəki 1 stəkan şəkər tozunu gələn dəfə 1 yarım stəkan edəcəm.
    Sağ olun

    • Düzdür, ağ şəkər tozu və qəhvəyi şəkər tozunun fərqli konsistensiyaları var.

Bir cavab yazın