Best in the World!
Dadlı yemək reseptləri bloqu

Düşbərə

Bu gün menyumuzda düşbərə var. Düşbərə Bakı zonasının məşhur xəmir xörəklərindəndir.

Qızıma nə vaxt soruşsam ki, nə bişirimim, cavabı eynidir – Düşbərə! Ən sevdiyi yeməyi düşbərədir. Gecə-gündüz təkcə düşbərə yeməyə hazırdır. Təəssüf ki, vaxtımın darlığından və düşbərənin az müddətdə hazırlana biləcək yemək olmadığından, düşbərəni tez-tez bişərə bilmirəm. Amma fürsət tapdıqca bişirməyə çalışıram.

Düşbərənin suyu əslində sümüklü qoyun ətini qaynadıb süzməklə hazırlanır. Düşbərələr bu ət suyunda bişir. Müasir mətbəxdə isə qoyun əti suyundan bir o qədər çox istifadə olunmur. Bunu əvəzinə müxtəlif üsullarla dadlandırılmış adi su istifadə olur. Bizim ailədə düşbərənin suyu soğança-tomatla dadlandırılır. Bu, mənim ən çox bəyəndiyim variantlardandır, və bunun reseptini sizinlə burada bölüşəcəyəm.

Düşbərənin suyunu qaynayan suya bir az doğranmış pomidor əlavə edərək də hazırlaya bilərsiniz. Və ya, pomidorsuz, sadəcə bir az tomat, və ya sarıkök, və yaxud da ki,  azacıq zəfəran suyu əlavə edərək. Bunlar asan əmələ gələn işlərdir. Əsas odur ki, bir qaşığa 7-10 düşbərə yerləşdirə biləsiniz. Onda olacaqsınız əsl düşbərəçi:) Bunun üçün düşbərələrinizi bacardığınız qədər balaca edin.

DÜŞBƏRƏ

4 – 6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

Xəmir Üçün:

2 stəkan əla növ un
½ çay qaşığı duz
1 yumurta
2/3 stəkan ilıq su

İçi Üçün:

250g çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
1 ədəd kiçik baş soğan – xırda-xırda doğranmış
½ çay qaşığı duz
¼ çay qaşığı istiot


Suyu Üçün:
3 xörək qaşığı duru yağ və ya kərə yağı
1 ədəd kiçik baş soğan – xırda-xırda doğranmış
1 xörək qaşığı tomat
zövqə görə duz
8 stəkan su


Üstünə səpmək üçün:

xırda-xırda doğranmış təzə keşniş və ya quru nanə

Yanında süfrəyə vermək üçün:
sirkə-sarımsaq: üzüm sirkəsinəsinə bir neçə dilim əzilmiş sarımsaq əlavə edib qarışdırın.

1. Əvvəlcə xəmiri hazırlayın. İri qabda un, duz, yumurta və suyu qarışdrın. Alınan kütləni azacıq unlanmış taxta və ya masaya qoyub, əlinizlə xəmir yoğurun.Xəmir elastik olmalıdır. Xəmiri qaba qoyub, üstünü çay dəsmalı ilə örtün və kənara qoyun ki, xəmir dincəlsin. Bu müddət ərzində içi hazırlayın.

2. İçi hazırlamaq üçün, bir qaba əti, soğanı, duz və istiotu qoyub, yaxşıca qarışdırın.

3. Masanızı və ya taxtanızı unlayın, və xəmirinizi oxlovla 40 cm diametri olan çox nazik dairəyə açın.

4. Açdığınız xəmiri iti bıcaqla 2.5 cm-lik kvadratlara kəsin. Hər kvadratın ortasına bir çimdik iç qoyun.

5. Kvadratın iki əks ucunu bir yerə gətirib, yapışdırın. Alınan üçbucağın iki ucunu şəkildə gördüyünüz kimi birləşdirin. QEYD: Düşbərə bəzən üçbucaq deyil düzbucaq kimi bükülür, və sonra düzbucağın iki ucu birləşdirilir. Alınan düşbərələri aralı-aralı azca unlanmış siniyə düzün.

6. Düşbərənin suyunu hazırlayın. Bunun üçün yağı qızdırın və soğanı bu yağda yumuşalanadək qızardın. Tomat əlavə edin və qarışdıra-qarışdıra yarım dəqiqə bişirin. Duz əvavə edib qarışdırın. Sonra isə su əlavə edib, qaynadın.

7. Odun altını bir az azaldın. Düşbərələri qazana töküb təxminən 7-10 dəqiqə ərzində bişirin. Hazır düşbərələr suyun üzünə qalxacaq. Dadına baxın, əgər xəmir yumuşaqdırsa, düşbərəni oddan kənara çəkin.

8. Hazır düşbərəni kasalara qoyub, üstünə ya təzə keşniş, ya da ki, quru nanə səpin. Süfrəyə sirkə-sarımsaqla verin. Nuş Olsun!

Bir cavab yazın

55 Şərh
  1. Feride,xahish edirem,vaxtin olanda XENGELIN(yarpaq xengel) reseptin ver bize.Ellerine sagliq!

  2. TARANA, olacaq, hamisi olacaq bir gun:)

  3. FERIDE sizi salamlayıram. Xahiş edirəm , ” Ağ çiçəyim ”salatının reçepti sizdə varsa yazardınız.ÇOX XAHİŞ edirəm, mümkündürsə .Qabaqcadan teşekkürümü bildirirəm.

  4. SONA: AG ciceyim salatini esitmemisem. Belke hansisa restoranin ozunun xususi yaratdighi salatdir? Eger oyrenseniz, mene de deyin:)

  5. MEN YEMƏK BİSİRMƏYİ O QEDER DE BACARMİRAM.AMMA SİZİN RESEPTLƏRİNİZİN KOMEYİ İLƏ İNŞALLAH OYRENEREM.ÇOX SAG OLUN RESEPTLERİNİZE GORE.

  6. salam,Feride xanim! men hal-hazirda Bolqaristanda oxuyuram ve burdaki camaata bu sayt vasitesi ile bizim super metbeximizin yemeklerini gosterirem! Allah Size uzun omur ve can saqliqi versin! ne yaxshi ki Siz varsiz… inanirsiz,hamisi “deli” olub burda,yalvarirlar ki, komek eleyim bu reseptlerin hamisini kitab shekilinde tapim… bu mumkundu? evvelceden teshekkurler…

  7. ANAR: Cox sagh olun serhinize gore. Saytimdan faydalandighiniza sevindim. Tanislariniza deyin ki “deli” olmasinlar:) Cunki hal hazirda men kitab uzerinde de isleyirem. Kitab kulinariya kitabidir.Azerbaycan yemekleri ve icinde medeniyyet tarix her sey olacaq. Kitab ingilis dilinde cap olunacaq. Hazir olub satisa buraxildighinda bu saytda xeber verecem. Helelik.

  8. feride xanim reseptlere gore size minnettaram.sizin bu aydin ve deqiq reseptlerinizle her kes mukemmel ev xanimi ola biler

  9. Feride xanim cox sagolun resepde gore mende evde hazirladim ve cox dadli cixdi

  10. niye gurcu xengelinin resepti yoxdu?

  11. mende bakiliyam.men bileni dusbereye yag-sogan bakililar vurmur.

    • Salam. Mən sizinlə razıyam. Bakılılar yağ soğan vurm
      urlar.

  12. Salam. Feride xanim yazdiginiz reseptlere gore size minattaram.Xahis edirem manti reseptini de veresiniz.Tesekurler.

  13. salam

  14. Feride xanim cox sagolun resepde gore Tesekurler.

  15. COX DADLIDIR,AC VAXTIMDA BAXDIM COX PİS OLDUM

  16. cox sag olun resepte gore nisanlim dusberenin xestesidi onuncun hazirlayacam tesekkurler

  17. kayinvalidem öz tabirlerincekorinnoy bakilidirlar.ama onlar da düşberenin suyuna tomat vurmurlar,ama men sinaqdan keçirecem,yeqin ki lezzetli olar))))

  18. bugun dusbereni bisirdim cooox lezetli alinmisdi .tesekkur edirem size

  19. Ferida xanim,bu sayta gore siza cox teshakkur edirik.

  20. Menim bildiyim dusbere et suyunda yag sogan olmadan bisirilir bisene yagin uzerine zovqe gore ya quru nane ya da ince dogranmis kesnis suyud sepilir

  21. Feride xanim men duwbere biwire bilirem, ama bele duwbereni bukmurem, siz xemirleri qabaqdan, biz ise arxadan bukuruk. Ele daha gozel gorsenir. coooox tewekkurler..

  22. Feride xanim, dushbere menim sevdiyim yemeklerden olsa da men dushbereni bukende chox chetinlik chekirem. evvelini bukurem sona qalan xemir parchalari quruyur. men nece edim ki xemirin hamisi sona qeder ter yeni yumshaq qalsin. Xahish edirem mene komeklik edesiniz.

  23. Feride xanim bir de gurcu xengeli ( bildiyime gore ona hem de dushbere deyirler) onun reseptini de bloqunuzda yerleshdirin. Evvelceden minnetdaram.

  24. PƏRVANƏ – Yumuşaq qalması üçün tez-tez bükməlisiniz. Xəmir qaldıqca quruyur.

  25. reseptlere gore tesekkurler

  26. salam Feride xanim necesiz? Feride xanim dusbereni isti isti bisiresen gerek ?yoxsa 3/4 saat evvel bisirmek olar! qalib sismez ki icinde.zehmet olmasa cavablayin da,helelik!

  27. TƏRANƏ RZAYEVA – Bişirən kimi yesəniz daha yaxşı olar.

  28. salam aleykum.feride xanim,cox xahis edirem mene sulhullu xemir xoreyinin reseptini tapib yazasiz.indi bir az pis dovrumdu uzr istiyirem hamileyem.ureyim yaman gencelilerin bisirdiyi sulhullu yemeyini istiyir.usaq vaxti yemisdim az sulu sirkeli xemirin icinde et olan xemir xoreyidi.evvelceden tesekkurler

  29. Feride xanim cox saq olun reseptde gore mende evde haziadim cox dadlli oldu tesekkurler

  30. XAISSSSSSSS EDIREM XENGELIN DE RESSEPTINI VERESINIZ

  31. salam

  32. salam ferde xanim baxsdayin size ezyet verecem xais edirem hamileyem doxanin noxutla bisirlmek recebini mene yaz xais edirem

  33. Gece-gündüz tortunun resepti lazımdır.

  34. salam Fəridə xanim .Necəsiniz .Düşbərəni xoşlayiram .Qişda daha çox bişirirəm. Ancaq mən onun bulyonuna tomat vurmuram sarikökdən istifadə edirəm

  35. Fəridə xanım çox sağolun.hazırladım çox dadlıydı.təşəkkürlər.

  36. Fəridə xanım,allah canınıza dəyməsin. Siz olmasaz biz nə edərdik. Yaxşı ki xalqımızın sizin kimi xanımları var. Düşbərəni hazırladım. Super bir düşbərə alındı. Sayənizdə))).Sizdən yeni reseptlər gözləyirik.

  37. Dushbere cox beyenilen, amma zovqe/bolgeye gore deyishmeyen bir yemekdir. Ona gore de zennimce yag-soganin hec yeri yoxdu – dadini tamamile deyishir – bozbasha da yag-sogan dushbereye de? Dushbereni sade suda, nane qurusu ve azca yag elave etmekle bishirseniz, eshsiz dad elde edeceksiniz!

  38. salam.elinize sagliq. resepte gore dusbereye tomat vurulmur axi.esl dusbere resepti siz yazdiginiz qaydalarladi ama tomatsiz,sadece bir az sarikok elave etmekle.

  39. Lala, bəli, tomat zövqə görə vurulur. Təkcə sarıköklə də bişirilir.

    Sabina, yağ-soğan bəzi şimal zonalarında düşbərəyə əlavə olunur. Bölgədən bölgəyə fərq var.

  40. Feride xanim , cox sag olun.Sabah bunu hazirlayacam.Insallah dadli alinar.Nece alindigini ve evdekilerrin nece reaksiya vereceyini burada qeyd edecem.Evvelceden tesekkurler 🙂 onuda deyimki ilk defe dushbere hazirlayacam 🙂

  41. Super…………………cox gozel

  42. twk

  43. supersiniz feride xanim….ne yaxsiki bu sayti acmisiniz …allah sizden razi olsun!

  44. Düşbərənin qizardilmasinin reseptini kim bilir,?

  45. gözəl məqalə

  46. dusbere bele olmur esil duwberenin suyuna sogan vurmurlar!

  47. ÜLKƏR, düşbərənin hazırlanma qaydası bəzi bölgələrə görə dəyişir. Şimal zonasında düşbərənin suyuna yağda qovrulmuş soğan da qatırlar.

  48. cox cox tesekkurler iki gul balama gunorta yemeyine hazirlayacam

  49. Salam Feride xanim! cox tewekkur edirem. Biwirdim! Cox leziz olmuwdu. Ancaq men suya tomat yerine sarikok vurdum…… Bir daha tewekkurler….. 🙂 😉

  50. salam,Feride xanim.coox sagolun.biwirdim.dadli cixdi.bir az xemirini qalin olmuwdu.

  51. Milli metbeximizi bele terenneum etdiyiniz ucun Size teshekkur edirem! Ellerinize sagliq esas xususiyyeti olan bir qashiga 8-10 ede yerleshmesinide unutmamisiniz! Dushbere qeyd etdiyiniz kimi Baki zonasinin yemeyidir .Ve bilenlerde bilir ki, Bakida en eziz qonaq ucun dushbere qutab süfresi təşgil olunur!!! Sadece olaraq kicicik bir iradim var. Əgər qəbul edərsinizsə… Mən Azərbaycanimizin hər zonasini tərənnum edən yeməklərimizdə dəyişiklik etməyi hec sevmirəm. Əlbəttə Sizi də başa düşmək olar hər kəsin ağız dadi öz zövqünə görədir! Nə bilim mənim aləmimdə Necə ki Ləvəngi cənub zonamızın, Piti gözəl Şəkimizin, döşəmə plov Qarabağ zonamızın adı ilə anınır. Düşbərə də Baki mətbəximizin şah əsərlərindən hesab edilir. Bu səbəbdəb qardaş türk mətbəxindədə müxtəlif yeməklər və məzələr mövcuddur. Və həmin yeməklər arasında onların yürəsəl adlandırdıqları mətbəxləri mövcuddur ki, o yeməklərinin retseplerini hec vaxt dəyişdirmirlər. Bu səbəbdəndə hesab edirəm ki, əgər mətbəximizi tanıdırıqsa bu gözəl yeməklərimizidə nənələrimizin hazırladığı kimi hazırlayaq və həm gənc xanımlarımıza, həm də mətbəximizlə maraqlanan əcnəbi qonaqlarada elə tanıdaq. vallah bu da bir siyasətdir. mənfur erməni qonşularımız hər şeyimizə əl atmaqdadırlar. Bu torpaqlarımızdan tutmuş, mədəniyyətimiz musiqimizə hətta mətbəximizədə əl ataraq bərəkətindən əsrlər boyu yararlanmalarına ramən acıq-aydın oğurluqla məşğuldurlar hal hazırda! Buna dolma nin üz adlarına yazmalarl acıq sibutdur. Bu səbəbdən bu gün dolmaya sabah düşbərəyə əl atacaqları nə məlum?! Gəlin biz əsirlərdən bəri bizə aid olanı olduğu kimi qoruyub saxlayaq! Ümüd edirəm məndən incimədiniz! Saytınıxz coxxx gözəldir! Əllərinizə ürəyinizə sağlıq! Belə saytların bizim dildə olması böyük təqdirə layiqdir!

  52. Salam Farida xanum. dusbereni mende heyat yoldasimda cox sevirik. 2yasli oglumuzda:).
    Menimde vaxtim cox az oldugu ucun men duwbereleri bukub soyuducunun buzlugunda saxlayiram ve istediyim vaxt istifade ede bilirem. Vaxtdan kasad olan her xanima meslehet gorurem ve bunun hec bir ziyani yoxdur et uzmanindan oyrenmiwem bunu.

  53. Cox xowma geldi reseptinizz.cox gozel etrafli melumat verirsiniz.buna gore size cox saqolumu bildirem

Bir cavab yazın