Best in the World!
Dadlı yemək reseptləri bloqu

Yumuşaq (və Nəm) Brauni

Quru, biskvit kimi olan braunilərdənsə, yumuşaq, içi nəm olan  brauniləri daha çox xoşlayıram. Bu reseptdəki braunilər eyniylə belə olur. Məncə bu brauniləri şokolad xoşlayan hər kəs bəyənəcək. Nuş olsun!

Yumuşaq Brauni

“The Essence of Chocolate: Recipes for Baking and Cooking with Fine Chocolate” ( müəlliflər – John Scharffenberger and Robert Steinberg) kitabından adaptə olunmuşdur


16  ədəd  kiçik brauni dilimi üçün


6 xörək qaşığı (85 qram) kərə yağı – kubiklərə doğrayın
225 qram 60% və ya 70%-lik acı-şirin (bittersweet) şokolad (plitka) – iri-iri doğrayın
bir stəkanın dortdə üçü qədər +  2 xörək qaşığı şəkər tozu
bir çay qaşıının dörtdə biri qədər duz
2 ədəd iri yumurta
bir stəkanın üçdə biri qədər un
yarım stəkan qoz ləpəsi

Sobanı 160Cdək qızdırın.  Ölçüsü 20 sm x 40 sm olan perqament kağızı kəsib hazırlayın.

Ölçüsü 20 x 20 x 5 sm  olan formanın dibini bir az yağlayıb perqament kağızı buraya sərin. Kağızın kənarları iki tərəfdən bir qədər formanın kənarına çıxacaq – bu, belə də olmalıdır. Perqamentin üstünü yağlayın.

Şokoladı və yağı istiyə qarşı dayanıqlı bir qaba qoyub, qabı qaynayan su olan qazanın üstünə yerləşdirin. Qabın dibi suya dəyməməlidir. Tez-tez qarışdıraraq, şokolad və yağı əridin. Sonra qabı kənara çəkin.

İri taxta qaşıqla şəkər tozu və duzu şokolada əlavə edin (şokoladın soyumasını gözləmək lazım deyil). Yumurtaları bir-bir əlavə edib qaşıqla çırpın. Unu da əlavə edib yaxşıca qarışdırın. Alınan kütlə hamar və düyünsüz olmalıdır. Əlinizlə qozu iri parçalara bölüb çokoladlı kütləyə əlavə edin. Yavaşca qarışdırın.

Qarışığı formaya töküb üstünü qaşıqla hamarlayın. 30-35 dəqiqə bişirin. Kibritlə brauninin ortasına batırıb çıxartdığınızda, kibrit təmiz amma nəm olmalıdır.

Qoyun  brauni formada bir qədər soyusun. Sonra isə perqament kağızının çıxan tərəflərindən vasitəsiylə brauniləri formadan çıxardın. Qoyun tamamilə soyusun. Sonra isə kiçir kvadratlara doğrayın.



  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →