Best in the World!
Dadlı yemək reseptləri bloqu

Həftəbecər Turşusu

Həftəbecər Turşusu

Düzdür, turşu sezonu qurtarmaq üzərədir, amma mən yenə də sizə bir turşu resepti yazmaq istədim. Turşu həvəskarıyam (yeməyi nəzərdə tuturam). Uşaqlıqda Bakıdakı həyətimizdə pərpətöyün bitərdi. Bacım və mən ondan yığıb bankalara doldurar, üstünə də sirkə tökərdik. Bİr həftəyə turşumuz hazır olardı. Fəxrlə yeyərdik. Özü də heç də pis alınmırdı. Təəssüflər olsun ki, Amerikada pərpətöyündən istifadə etmirlər. Onu yararsız ot hesab edirlər. Amma günlərin bir-günü Meksikan marketlərinin birində (burada Meksikalıların sayı çox olduğundan, çox sayda marketləri də var) gözümə tanış ot sataşdı. Üstündə ispan dilində “verdolaga”  yazılmışdı.  Diqqətlə baxdığımda gördüm ki, elə  bizim Bakıdakı həyətdə bitən pərpətöyünün eynisidir.  Sən demə, Meksika mətbəxində də pərpətöyündən istifadə edirlər, amma turşu üçün deyil – onun yeməyini bişirirlər. Nə isə, deyəsən pərpətöyün haqqında çox danışdım. Axı bu günkü turşu pərpətöyün turşusu deyil. Keçək turşumuzun izahına. Həftəbecər turşusunda bütün tərəvəzlər doğranıb bankalara yığılır. Bu turşunu hazırlamaq o qədər də çətin deyil. Sadəcə olaraq, tərəvəzləri doğramaq bir az vaxt aparır, amma eybi yoxdur, dəyər, çünki nəticədə öz əllərinizlə hazırladığınız turşunu süfrəyə çıxarmış olacaqsınız, özü də böyük fəxr hissiylə, eyniylə mənim pərpətöyün turşusunu hazırladığımdakı kimi:)


HƏFTƏBECƏR TURŞUSU

2 litrlik banka üçün

500g badımcan (təxminən 3 ədəd) – kiçik kublara doğranmış
1 kg (1 orta boy) kələm – yarı bölünüb nazik-nazik  doğranmış
250 g (2 ədəd) yaşıl bibər – iri-iri doğranmış
1 acı bibır (əgər turşunuzun bir az acı olmasını istəyirsinizsə istifadə edin) – iri-iri doğranmış
500 g (4 ədəd) göy pomidor – iri-iri doğranmış
500 g (4 ədəd) yerkökü – uzunsov nazik-nazik doğranmış (digər tərəvəzlər kimi də doğraya da bilərsiniz)
1 kərəvizin sapı – iri-iri doğranmış
1 baş sarımsaq – doğranmış
1 stəkan xırda doğranmış nanə
1 stəkan xırda doğranmış cəfəri
4 xörək qaşığı duz
təxminən 300 ml ( 1/3 litr) və ya bankanı dolduracaq qədər sirkə

1. Doğranmış badımcanı aşsüzənə yığın və üstünə təxminən 2 xörək qaşığı duz səpin. Üzərinə ağırlıq (qapaq və ya qab) qoyun və 20 dəqiqə müddətində kənarda saxlayın. Sonra badımcanları yuyun,  yaxşıca süzün, suyunu sıxın və qalın salfet və ya kağız dəsmalla qurulayın.

2. Doğradığınız bütün tərəvəz və göyərtiləri iri ləyənə qoyun. Üstünə 2 xörək qaşığı duz səpin və əlinizlə ərzaqları yaxşıca qarışdırın. 20 dəqiqə müddətinə kənara qoyun.  Bu müddət ərzində tərəvəzlər sulanacaq.

3. Tərəvəzləri əlinizlə sıza-sıxa suyunu çıxardın. Sıxılmış ərzaqları bankaya doldurun. Üstünə sirkə töküb bankanı bağlayın. Turşunu sərin yerə qoyun. 1-2 həftəyə hazırdır.

  • Mimoza Salatı | AZCookbook.com by Feride Buyuran
    Mimoza Salatı (Video)
    Oktyabr 12, 2017
    Bu yazını  24 mart 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ___ Mimoza Salatı qat-qat olub, toyuq əti, müxtəlif bişmiş tərəvəzlərdən və yumurtadan hazırlanır. Qatların arasına mayonezli-xamalı sous sürülür.  Salat Sovet  vaxtlarında Rusiyada icad olunmuşdu, amma...
    Read more →
  • Balqabaqlı Keks | AZCookbook.com by Feride Buyuran
    Balqabaqlı Keks (Video)
    Oktyabr 6, 2017
    Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə  dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız....
    Read more →
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    Evdə Hazırlanmış Balqabaq Püresi
    Oktyabr 4, 2017
    Bu yazını  14 noyabr 2014 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). _____ Balqabaq sesonu açıq elan olunur! Şəhərimizin bütün marketləri və bazarlarında artıq boy boy balqabaqlar satışa qoyulub. Tezliklə burada hamı balqabaqlı şirnilər bişirməyə başlayacaq.  Bunun...
    Read more →
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki) – Video
    Sentyabr 29, 2017
    Bu yazını  9 iyun 2017 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar....
    Read more →
  • Çaxoxbili | AZCookbook.com | Feride Buyuran
    Çaxoxbili (Video)
    Sentyabr 26, 2017
    Bu yazını 26 iyun 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim...
    Read more →
  • Asan Pendirli Piroq | AZCookbook.com | Feride Buyuran
    Asan Pendirli Piroq (Video)
    Sentyabr 22, 2017
    Olduqca tez hazırlanan bu ləzzətli, içi göyərti ilə dadlandırılmış pendirli duzlu piroqu mütləq sınayın. Bəyənəcəyinizdən əminəm. Bilirsiniz bu resept necə yaranıb? Deməli, bir gün mən türksayağı pendirli poğaça bişirmək istədim, amma təmbəlliyim tutmuşdu. Öz-özümə fikirləşdim ki, niyə mən bunu böyük çörək, ya da piroq şəklində bişirməyim ki? Elə də elədim. İki iri xəmir dairəsinin arasına pendirli içlik səpdim və bişirdim....
    Read more →
  • Yerkökü Salatı | AZCookbook.com | Feride Buyuran
    Yerkökü Salatı – Havuç Salatası (Video)
    Sentyabr 19, 2017
    Bu yazını 29 fevral 2009 tarixində dərc etmişdim, bu gün isə bir qədər təzələdiyim resepti yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ____ Yerkökü Salatı (Havuç Salatası) Türkiyə mətbəxinə aid olub, oranın süfrələrində ən çox rast gələn salatlardan biridir. Həm vitamin doludur, həm də ki,  olduqca ləzzətli...
    Read more →
  • Yarpaq Dolması (Video) | AZCookbook.com | Feride Buyuran
    Yarpaq Dolması (Video)
    Sentyabr 15, 2017
    Bu resepti 10 fevral 2009 tarixində dərc etmişdim və bu gün yenidən, video ilə bərabər yayınlayıram. YouTube kanalıma abunə olmağa unutmayın. Reseptlər ingiliscə səslənsə də, azərbaycanca altyazıları da var (CC seçin). ________ Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol-bol göyərti dolmaya gözəl dad və ətir...
    Read more →