Subscribe
Dadlı yemək reseptləri bloqu

Zebra Tortu

Zebra Tortu

Bu tortu İngilis dilində olan bloquma qoyanda heç ağlıma da gəlməzdi ki¸ bloquma çox sayda oxucu cəlb edəcək. O vaxtlar bloqumu ziyarət edən az idi¸ cünki hələ iki həftə idi ki, açılmışdı. Zebra tortu sayəsində oxucularımın sayı artmağa başladı.

Zebra tortunu ailəcə çox sevirik. Hər dəfə bu tortu sobadan çıxardıb kəsdiyimdə, əvvəlcə ona bir xeyli müddət valeh olmuş gözlərlə baxıram. Yox yox¸ məni valeh edən tortun necə yaxşı bişməsi deyil¸ əsl zebranı xatırladan ağ-qara zolaqların gözəlliyidir.

Bu zolaqları “yaratmaq” göründüyü qədər çətin deyil. Prosesi sizin üçün daha da asanlaşdırmaq üçün tortun hazırlanmasını addımbaaddım çəkdiyim şəkillərlə izah edəcəyəm. Tortunuzu “zebralaşdırmaq” istəyirsinizsə¸ buyurun, mənə qoşulun. Peşman olmazsınız:)

ZEBRA TORTU

Ərzaqlar

4 yumurta
1 stəkan (250 qram) şəkər tozu
1 stəkan (250 millilitr) süd
1 stəkan (250 millilitr) bitki yağı
2  stəkan (250 qram) un
1/3 çay qaşığı vanil tozu
1 çay qaşığı soda
2 xörək qaşığı tünd kakao tozu

1. Dərin bir qabda yumurta və şəkər tozunu mikserlə rəngi açılana qədər çalın. Süd və yağ əlavə edin və yaxsı qarışana qədər çalmağa davam edin.

2. Ayrı qabda unu¸ vanili və sodanı qaşıqla qarışdırın.

3. Unlu qarışığı tədricən yumurtalı qarışığa əlavə edin və mikserlə ərzaqlar yaxşı qarışanadək (təxmınən 10 saniyə müddətində) çalın. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Şəkildə gördüyünüz kmi.

4. Alınan qarışığı iki eyni hissəyə bölün. Bir hissənin üzərinə kakao tozunu əlavə edib qaşıqla yaxşıca qarışdırın.

5. Sobanı 180˚C-dək qızdırın.

6. Diametri 23 santimetr olan dibi yapışmaz (non-stick) yumru tort formasının dibini azacıq yağlayın (əgər yapışmaz formanız yoxdursa, adi yumru formanın dibini yağlayıb, perqament kağızı sərin). Ağ qarışıqdan 3 xörək qaşığı götürün və formanın ortasına tökun. Üzərinə (ortasına) 3 qaşıq kakaolu qarışıqdan tökün. Şəkillərdə gördüyünüz kimi. Qarışıqlar qurtarana kimi eyni şəkildə dəyanmadan davam edin. Qarışıqları yaymayın¸ formanı tərpətməyin – xəmir öz-özünə yavaş-yavaş yayılacaq.

7. Tortu sobada 40 dəqəqə müddətində bişirin. Sobanı ilk 20 dəqiqə ərzində heç AÇMAYIN, yoxsa tort qalxmaz. Tortun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Tortu formasından çıxardın və soyumağa qoyun. İstəyən soyumuş tortun üzərinə şəkər nişastası səpə və yaxud da shokoladlı qlazur yaya bilər.

  • Soğanlı Göbələk Qızartması | AZCookbook.com
    Soğanlı Göbələk Qızartması
    Avqust 3, 2017 by
    Bu gün sizə göbələk qızartmasının reseptini təqdim edəcəyəm. Bu reseptdə maraqlı məqam var. Göbələklər olduğu kimi yağda qızardılmaq əvəzinə, əvvəlcə qaynar suda bir az xaşlanıb, sonra qovrulurlar. Ayrıca soğan da qovrulur və sonra hər ikisi bir yerdə bir müddət bişirilir. Olur həm ləzzətli, həm də ki, pratik. İlk dəfə bu resepti sınaqdan keçirəndə, fikirləşmişdim ki, yəgin göbələklər suda qaynadıqdan sonra...
    Read more
  • Sobada Badımcanlı-Göbələkli Təhçin Plov | AZCookbook.com
    Sobada Badımcanlı-Göbələkli Təhçin Plov
    İyul 7, 2017 by
    Parlaq və əlvan rənglər, dayanılmaz dad, aromatlı ədviyyatların istifadəsi, dadlı və şirin yeməklər üzərinə səpilmiş təzə göyərtilər, qurudulmuş qızılgül ləçəkləri, püstə, badam, zəncəfil ilə göz oxşayan görüntü. Mən Iran mətbəxtini sevirəm. O, çox gözəldir və onun bizim Azərbaycan mətbəxi ilə ortaq elementləri çoxdur. Bəlkə də elə buna görə İran mətbəxinə qarşı biganə deyiləm. Ən çox bəyəndiyim İran yeməklərindən biri təhçin...
    Read more
  • Sirkə-Sarımsaqlı Göy Lobya Salatı | AZCookbook.com
    Sirkə-Sarımsaqlı Göy Lobya Salatı
    İyun 26, 2017 by
    Bu gün sizə yay fəslinin asan və yüngül salatları silsiləsindən olan Sirkə-Sarımsaqlı Göy Lobya Salatının hazırlanmasını təqdim edəcəm. Bu yaxınlarda mən bu salatı evimizdə təşkil etdiyim Azərbaycan Mədəniyyət və Mətbəx Gecəsində amerikalı qonaqlara təqdim etmişdim və salat hamı tərəfindən bəyənilmişdir. Göy lobyanın sarımsaqla qarışığından əmələ gələn xoşməzə təam hamıya maraqlı gəlmişdi....
    Read more
  • Nergisleme | AZcookbook.com
    Nərgizə Bənzər Yumurta Salatı (Nergisleme)
    İyun 21, 2017 by
    Nərgizə bənzər yumurta salatı – Nergisleme. Adı ilə diqqətinizi çəkdi? Engin Akının Essential Turkish Cuisine kitabında bu reseptin adına rast gələndə mənim də çox marağımı çəkdi. Türkiyənin cənub-şərqi bölgəsi Diyarbakırın bu sadə reseptində soyutma yumurta və təzə ətirli göyərtilər istifadə olunur, üzərinə isə acı qırmızı bibər və sumax əlavə edilir. Nergisleme yaz bayramı Novruzda onun gəlişini simvollaşdırmaqla yanaşı, bütün bölgədə...
    Read more
  • Mütəkkə (Mutaki) | AZCookbook.com
    Mütəkkə (Mutaki)
    İyun 9, 2017 by
    Bu hilli-qozlu mütəkkələr mükəmməldirlər, əsl olmalı olduqları kimi yumşaq, eyni zamanda çox şirin olmayan və hil ətrinin, qozların xırçıldamasının kifayət qədər hiss olunduğu konsistensiyadadırlar. Mütəkkə (rus dilində onu mutaki adlandırırlar) Azərbaycanda çox məşhurdur, xüsusən də Novruz bayramı dönəmində çox bişirilir. Mən mütəkkələri qozla doldurmağı xoşlayıram amma fındıq və badam da ona eyni dərəcədə yaraşar. Bu resepti  bir neçə yemək kursumda...
    Read more
  • Taciksayağı Mərci və Düyü Şorbası
    Taciksayağı Mərci və Düyü Şorbası
    İyun 7, 2017 by
    Bir müddət əvvəl Facebook-da Bakıdakı savadlı və bacarıqlı rəfiqələrimdən biri Aytənin Tacikistana vəzifəyə təyin edildiyi xəbərini aldım. Aytənə yazdım ki, ora mənim görmək istədiyim yerlərdən biridir. Əslində Orta Asiyanın hər yerini görmək istəyərdim. Oranın tarixi, mətbəx ənənələri məni maraqlandırır. Aytən ilə virtual söhbətimizdən sonra əlimi evdəki Samarkand: Recipes and Stories from Central Asia & the Caucasus atdım ki, gözüm Taciksayağı Mərci...
    Read more
  • Razyana və Yerkökülü Yunansayağı Toyuq | AZCookbook.com
    Razyana və Yerkökülü Yunansayağı Toyuq
    May 26, 2017 by
    Vaxtınıza qənaət edib tez başa gələn yemək bişirmək istəyirsinizsə, bu da sizə ideal resept. Razyana və Yerkökülü Yunansayağı Toyuq. Bu resepti burada yaşayan bloqer dostlarım Mary Platis (California Greek Girl) və Laura Bashar-ın (Family Spice) zeytun yağı haqqında hazdıqları yemək kitabında rast gəldim. Bu ləziz yeməkdə yumşaq toyuq əti şirin yerkökü və xoş ətirli razyana soğanağı ilə bərabər bişib, limon...
    Read more
  • Badımcan İkrası (Kürüsü) | AZCookbook.com
    Badımcan Kürüsü (Badımcan İkrası)
    May 22, 2017 by
    Badımcan sevənlər üçün yeni resept! Bu gün sizə Badımcan Kürüsü (Badımcan İkrası) kimi tanınan bir qəlyanaltını təqdim edəcəm. Fikrimcə bu, badımcandan hazırlanan ən ləzzətli yeməklərdəndir. Manqalın üstündə közlənmiş badımcan, ona əlavə olunan pomidor, bibərin qarışımından hazırlanan kürü çörək diliminin üstünə çəkilib yeyiləndə bir başqa təamı olur. “Bu yeməyə nəyə görə kürü deyirlər? Axı əsl kürü osetrin balığında olur!,” deyə bilərsiniz....
    Read more
Səhifə 253 - 257« İlk...10...252253254255...Son »